Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Regionlar üzrə satış müdiri
Tələblər:
- Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
- Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Stressə davamlı
- Yaş həddi 40 - 55 yaş arası.
- Şəxsi avtomobilin olması vacibdir.
- 1C (8.3) istifadə bacarığı. Satışla bağlı hesabaların çəkilməsi və analizi.
Vəzifələri:
- Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Satışın təhlili və sənədlərin idarə edilməsi. Günlük və aylıq satış hesabatlarının hazırlanması;
- Gəncə, Yevlax, Qazax, Tovuz, Göyçay, Şirvan və sair bölgələri üzrə ezamiyyədə olmaq. Mövcud mağazalarla yaranmış iş münasibətinin analizi və sair satışla bağlı işlər.
- Ezamiyyəyə getmə imkanı
Əlavə məlumat:
- Əmək haqqı; 1800 AZN + bonus
- Ezamiyyə xərclərinin və amortizasiya xərclərinin qarşılanması.
- Korportiv nömrə ilə təminat.
Əlaqə məlumatları:
- İnsan Resursları Şöbəsi
- Tel: (012) 310 10 40 (daxili 226)
- Əlaqə: (+994) 55 900 32 07
- Ünvan: Bakı, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)
Maraqlanan namizədlərdən mövzu sətrində “Regionlar üzrə satış müdiri” qeyd etməklə CV - ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.