Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Ödəniş Tapşırıqları üzrə Aparıcı Mütəxəssis (FMCG)
Əsas tələblər:
- Maliyyə, Mühasibatlıq, Bank işi və ya İqtisadiyyat üzrə ali təhsil
- FMCG və ya bank/maliyyə sahəsində ödənişlər üzrə minimum 1 il təcrübə
- Bank əməliyyatları və hesablaşmalar sahəsində real təcrübə
- Balans hesabatlarının (balance sheet) təhlili və strukturlarını anlama bacarığı
- Micro, Logix, BTP və bank portalları ilə iş bacarığı
- MS Excel-də yüksək səviyyəli bilik (analitik alətlər, pivot, formullar)
- Dəqiqlik, məsuliyyət və vaxtında icra etmə vərdişi
- Güclü analiz və hesabatlılıq bacarığı
İş barədə:
- Yerli və xarici ödəniş tapşırıqlarının vaxtında və düzgün icrasını təmin etmək
- Tədarükçülərlə hesablaşmaların monitorinqi, prioritet ödəniş siyahısının hazırlanması
- Bank əməliyyatlarının (köçürmələr, valyuta çevirmələri, qalıqlar və faizlər) düzgün uçotu və gündəlik izlənməsi
- Balans hesabatındakı öhdəlik və pul vəsaitlərinin düzgün əksini nəzarətdə saxlamaq və uyğunsuzluqları analiz etmək
- Ödənişlər üzrə daxili təsdiq və icra axınlarının idarə olunması
- Hesabların bağlanması prosesində (month-end closing) aktiv iştirak və uyğun balans izahatlarının hazırlanması
- Ödənişlər üzrə daxili və xarici auditlər üçün zəruri sənədlərin təmin edilməsi
- Hesabatların (gündəlik, həftəlik, aylıq) hazırlanması və rəhbərliyə təqdim edilməsi
- ERP sistemlərində (Micro, Logix) ödənişlərin düzgün emalı və izlənməsi
- Rəhbərlik üçün likvidlik vəziyyəti, ödəniş dövrləri və pul vəsaiti axınları üzrə təhlillərin hazırlanması
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
- Nahar şirkət tərəfindən təmin olunur
- 5 günlük iş rejimi; saat 09:00/18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
- Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Müraciət forması:
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Ödəniş Tapşırıqları Üzrə Aparıcı Mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.