Spa menecer
Şöbə: Spa
İş yeri - Ramada Plaza by Wyndham Gəncə
Vəzifə öhdəlikləri
- SPA mərkəzinin gündəlik fəaliyyətini idarə etmək və təşkil etmək;
- İşçi heyətinin iş qrafikini tərtib etmək, işçilərin işinin keyfiyyətinə nəzarət etmək;
- SPA prosedurlarının və xidmətlərinin standartlara uyğun aparılmasını təmin etmək;
- Müştəri şikayət və təkliflərini vaxtında və effektiv şəkildə həll etmək;
- Yeni SPA xidmətləri və kampaniyaların hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Maliyyə və hesabat işlərinin aparılmasına kömək etmək, büdcəyə riayət etmək;
- Təhlükəsizlik və sanitariya normalarının pozulmamasına nəzarət etmək;
- İşçilərin təlim və inkişaf proqramlarını təşkil etmək, motivasiya sistemini idarə etmək;
Tələblər:
- SPA və ya oxşar sahədə menecment üzrə ən az 3 il təcrübə;
- Yüksək kommunikasiya və komanda idarəetmə bacarıqları;
- Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı;
- Azərbaycan dili mükəmməl, rus və ya ingilis dilindən biri mütləqdir;
- MS Office proqramlarını bilmə;
- Liderlik və təşəbbüskarlıq xüsusiyyətləri.
- Namizədlərin Gəncə şəhəri və ətraf rayonlarda olması daha arzu olunandır.
Uyğun namizədlər, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt yönləndirməyiniz xahiş olunur.