Satış üzrə direktor
Şöbə: Satış və Marketing
İş yeri - Ramada Plaza by Wyndham Gəncə
Vəzifə öhdəlikləri
- Otelin satış strategiyalarını hazırlamaq və həyata keçirmək, gəlirləri artırmaq.
- Satış komandası (catering, tədbir satışı da daxil olmaqla) rəhbərliyi etmək, onları motivasiya etmək.
- Yeni biznes imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək (korporativ müştərilər, qruplar, turizm seqmentləri).
- Əsas müştərilər, turizm agentlikləri, tədbir təşkilatçıları və korporativ hesablarla güclü əlaqələr qurmaq.
- Marketinq və əməliyyat komandaları ilə əməkdaşlıq edərək xidmət keyfiyyətini təmin etmək.
- Bazar tendensiyalarını, rəqibləri və müştəri rəylərini analiz etmək və strategiyaları uyğunlaşdırmaq.
- Satış proqnozları, büdcələr və hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
- Qrup sifarişləri, konfranslar və xüsusi tədbirlər üçün müqavilələrin danışıqlarını aparmaq və bağlamaq.
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
Tələblər:
- Otelçilik və ya qonaqpərvərlik sahəsində satış rəhbərliyi təcrübəsi.
- Otel əməliyyatları və bazar şəraiti haqqında yaxşı bilik.
- Güclü danışıqlar, liderlik və kommunikasiya bacarıqları.
- Müxtəlif komandaları idarə etmək və motivasiya etmək qabiliyyəti.
- Qonaqpərvərlik, Biznes, Marketinq və ya əlaqəli sahədə təhsil üstünlükdür.
- CRM və satış idarəetmə proqramlarında təcrübə.
- Azərbaycan dili, rus və ya ingilis dili mütləqdir
- Detallara diqqətli olmaq,
- Müzakirə və inandırma qabiliyyəti,
- Kritik düşünmə və təhlil,
- Problemlərə həll edici yanaşma,
- Yeniliyə açıqlıq,
- Yaradıcılıq,
- Analitik düşünmə,
- Böyük şəkili görə bilmək, stratejik baxış
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.