Araz Supermarket

Şirkət haqqında:
Yurdumuzun doğma marketi “Araz” supermarketlər şəbəkəsi müştəri məmnuniyyətini hər şeydən üstün tutur.
Bizim missiyamız və vizyonumuz
Xalqımıza xidmət etmək, milli iqtisadiyyatımızın inkişafına dəstək olmaq, sahibkarların istehsal etdiyi keyfiyyətli məhsulları istehlakçılara təqdim etmək, sağlam rəqabət şəraitində xidmət və pərakəndə sektorunu dünya təcrübəsinə uyğun inkişaf etdirmək.
Əlaqə vasitələri:
Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri
Araz Supermarketlər Şəbəkəsi "Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri" vakansiyası üzrə işə qəbul elan edir!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər "Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri" adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
- Aktivlərin uçotu ilə bağlı bütün mühasibat proseslərini idarə etmək və nəzarət etmək
- Aktivlərin mühasibatlığı sisteminin düzgün və effektiv işləməsini təmin etmək
- Dövri xərclər hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək
- İllik, rüblük və aylıq maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək
- Aktivlərlə bağlı proqnozları hazırlamaq və aktivlərin büdcələrini tərtib etmək
- Aktivlərin axınlarını təhlil edərək gələcək planlaşdırılmasını həyata keçirmək
- Maliyyə nəticələrini təhlil etmək və aktivlərin mühasibatlığı ilə bağlı təkliflər vermək
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 4-5 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- ACCA F3, F7
- PMS sertifikatı üstünlükdür
- Güclü ünsiyyət bacarığı
- Qərarvermə və problemləri həll etmə bacarığı
- Vaxtın və resursların effektiv idarə etmə bacarığı
- Strateji düşünmə və planlaşdırma bacarığı
- Liderlik keyfiyyətləri
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasibatlıq Departamenti /Aktivlərə Nəzarət Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.