Qala Sigorta

Şirkət haqqında:
Cəmiyyətimiz 1998-ci ildən AIG Caspian Insurance Company adı altında sığorta sahəsində fəaliyyətə başlamış, 2010-cu ildə şirkətin adı Çartis Azərbaycan Sığorta Şirkətinə dəyişilmişdir.
30.09.2015-ci ildən Cəmiyyətin səhmləri Azərbaycan Respublikasında fəaliyyət göstərən ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC tərəfindən satın alınmış və Cəmiyyətin adı dəyişdirilərək “Qala Sığorta” ASC adlandırılmışdır.
Cəmiyyətimiz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sığorta sahəsində müvafiq lisenziya əsasında fəaliyyət göstərir və Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilmiş müvafiq icazələr əsasında dörd icbari növ daxil olmaqla, ümumilikdə iyirmi üç sığorta növü üzrə öz xidmətlərini müştərilərə təklif edir.
Qala Sığorta xeyli sayda fərdi və korporativ müştərilərlə xidmət göstərməklə yanaşı bir sıra dövlət müəssisələrinin elan etdiyi tenderlərdə də müvəffəqiyyətlə iştirak etmiş və qalib elan olunaraq öz öhdəliklərini layiqincə yerinə yetirməkdədir. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş korporativ idarəetmə strukturuna malik olmaqla yanaşı idarəetmə və funksional strukturlarımızın əməkdaşları sığorta sahəsində uzunmüddətli təcrübəyə malik şəxslərdən təşkil olunmuşdur.
Ümumilkdə isə Cəmiyyətimizdə olan işçi heyətinin sayı 136 nəfər təşkil edir.
Əlaqə vasitələri:
Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi (gündüz və gecə növbələri üçün)
İş yeri: “Qala Sığorta” Şirkəti
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Ali və ya orta təhsil (ali təhsilə üstünlük verilir);
- Azərbaycan və rus dillərində səlis danışmaq, baza ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Vaxtın idarəedilməsi bacarığı;
- Ünsiyyət bacarığı;
- Dinləmək bacarığı;
- Stressə davamlılıq;
- Operativlik;
- Yeniliklərə açıq;
- Konstruktiv əlaqələr qurmaq bacarığı;
- Nəticəyə nail olmaq;
- Məntiqi təfəkkür;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlılıq üstünlükdür;
- Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür.
Vəzi̇fə və öhdəli̇klər:
- Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını həyata keçirmək;
- Daxil olan müraciətlər cavablandırılarkən Şirkətin elektron informasiya sistemində müvafiq qeydlər aparmaq;
- Daxil olan zəngləri seqmentləşdirərək əlaqəli struktur vahidinə yönləndirmək;
- Müştəri məmnuniyyətinin təmin olunması məqsədlərinə nail olmaq üçün müştərilərdən geridönüşlər almaq;
- Daxil olan sorğuları yazılı cavablandırmaq;
- Buraxılmış zənglərə geridönüşlər etmək;
Əmək şəraitinin şərtləri:
- Çağrı Mərkəzinin 24/7 işi ilə bağlı olaraq növbəli iş rejimi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına email-in mövzu hissəsində “Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.