Fortis Group

Şirkət haqqında:
Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil, həmçinin yaxın region ölkələrində də uğurla həyata keçirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.
Əlaqə vasitələri:
Çilingər
Namizədə tələblər:
- Yaş həddi 25-45;
- Müvafiq sahə üzrə peşə ixtisas təhsili;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir etmək;
- Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirmək;
- Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmaq və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
- Dəzgahların, mexanizm və qovşaqların, iş avadanlıqlarının təmirini həyata keçirmək;
- İşçi alətlərinin , köməkçi vasitələrin və s. uçotunu aparmaq və yenilərini sifariş vermək;
- İstehsalat avadanlıqlarının nizamlanmasında iştirak etmək;
- İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək;
- Texnoloji rejim normalarına, texnoloji reqlamentə və istehsalat təlimatlarına ciddi riayət etmək;
- Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirmək;
- Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Xırdalan şəhəri
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Çilingər” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.