Samadov Law & Audit

Şirkət haqqında:
Şirkət bu gün Azərbaycan bazarında beynəlxalq və yerli müştərilərə korporativ sektorda Audit, Hüquq, Maliyyə və Mühasibatlıq, Vergi Konsultasiyası, Kadr Kargüzarlığı və İnsan Resurslarının İdarəedilməsi sahələrində təklif etdiyi kompleks həllər sayəsində öz əvəzolunmaz yerini tutmağa nail olmuşdur. Hal-hazırda “SAMADOV” Law & Audit Daşınmaz əmlakın icarəsi, Kənd təsərüffatı, Maliyyə, Faktorinq, İT, BOKT, Tikinti, İstehsalat, Səhiyyə, Turizm, Təhsil, Ticarət və İaşə sahələrində fəaliyyət göstərən 50-dən çox yerli və xarici şirkətlər, onların nümayəndəlik və filiallarına xidmət göstərməkdədir. Məqsədimiz hər bir müştərinin fəaliyyət sahəsi ilə bağlı istəyini müəyyən edərək onlara ən yaxşı həll yolu təklif etməkdən və biznesinin inkişafında rol almaqdan ibarətdir. “SAMADOV” Law & Audit 5 ildən artıq təcrübəsi, 15 nəfərdən artıq peşəkar komandası və 5-dən artıq xidmət növü ilə günümüzün Etibarlı Biznes Tərəfdaşına çevrilməyə nail olmuşdur.
Əlaqə vasitələri:
Baş mühasib
Tələblər:
- Ali təhsilli (Maliyyə, İqtisadiyyat , Mühasibat) ;
- Mühasibat uçotu sahəsində minimum 5 illik təcrübə;
- Konsaltinq təcrübəsinin olması zəruridir;
- Korparativ müştərilərlə danışıq bacarığı;
- E-taxes.gov.az portalından istifadə etmək bacarığı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Rəhbərlik və komandada işləmək bacarığı;
- 1C 8.3, BTP, EFP proqramlarından istifadə qaydalarını bilməli;
- Rus və ya Ingilis dili biliyi olanlara üstünlük veriləcəkdir.
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
- Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
- Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
- Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti,
Vəzifə Borcları:
- Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirmək (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu) ;
- Şirkətində istifadə olunan 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
- Məhsulların (iş, xidmətlərin) maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar eetmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
- Bank əməliyyatlarının həyata keçirir;
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunmasında və göndərilməsini həyata keçirir;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir;
- Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra etmək;
- Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsini icra etmək.
İş şəraiti:
- Əmək haqqı: 2000-2500 Azn
- Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Baş mühasib” qeyd edərək göndərə bilərlər.