Air Group

Şirkət haqqında:
2006-cı ildən fəaliyyət göstərən “AirGroup” MMC şirkəti, əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin (Inflight Entertainment) yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmışdır. Bu yolda gərgin zəhmət nəticəsincə əldə olunan nailiyyətlər və zəngin təcrübə şirkətin daha da inkişaf etməsi üçün geniş üfüqlər açmışdır.
Müasir dövrün tələb və ehtiyaclarına uyğun olaraq “AirGroup” şirkəti dünya üzrə məşhur studiyalar və müxtəlif istehsalçılar ilə davamlı əməkdaşlıq etməkdədir. Şirkət bu istiqamətdə bağlanmış birbaşa müqavilələr sayəsində yenicə işıq üzü görən istənilən kontenti müvafiq şərtlər ilə təmin etmək qabiliyyətinə malikdir.
Sözsüz ki, şirkətin təyyarədaxili əyləncə sistemləri sahəsində fəaliyyəti bununla məhdudlaşmır. “AirGroup” qarşıya qoyulan tapşırıqların həcmindən və xaraterindən asılı olmayaraq hər bir məsələyə özəl yanaşma nümayiş etdirməklə, sistemdaxili mürəkkəb kodlaşdırma işləri, həmçinin, günün nəbzini tutaraq ən müasir təyyarədaxili əyləncə proqram təminatları və lazımi avadanlıqların təmin edilməsi əməliyyatlarını da müvəffəqiyyətlə həyata keçirməkdədir.
Əlaqə vasitələri:
Korporativ satış üzrə mütəxəssis
Namizədə tələblər
- Təhsil: Ali
- Yaş həddi: 22-35
- Kompüter biliyi: MS Office proqramları (Word, Excel, Outlook, PowerPoint), 1C proqramı
- Azərbaycan və rus dilləri səlis, ingilis dili üstünlükdür
- Müvafiq sahə üzrə min. 1 il iş təcrübəsi
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş barədə məlumat
- Aktiv şəkildə yeni müştərilərin axtarışını və əlaqələrin qurulmasını təmin etmək
- Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulmasını, müəssisənin xidmətləri haqqında dolğun və ətraflı məlumatların təqdim edilməsini təmin etmək
- Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli və sərfəli münasibətlərin yaradılmasını təmin etmək
- Xarici partnyorlarla korporativ yazışmalar aparmaq və yaranan sualları cavablandırmaq
- Həyata keçirilən kampaniyalarla bağlı müştərilərin məlumatlandırılmasını təmin etmək
- Şirkətin məhsullarının tanıdılmasını təmin etmək və yeni təkliflərlə şirkətin məhsullarının satışını təşkil etmək
- Rəhbərin göstərişi ilə korporativ görüşlərdə iştirak etmək
Əlavə məlumatlar:
- Əmək haqqı: 800 AZN gross + bonus
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.