Azərşəkər LLC

Şirkət haqqında:

"Azərşəkər" şirkəti olaraq yeni iş imkanları və canlandırılmış kənd təsərrüfatı üçün 2017-ci ildə yola çıxdıq

Hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhvə vermiş olacağıq.

Şirkətimizdə komanda işinə dəyər verərək, daim inkişaf edən bacarığımızla dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq edirik. Korporativ sosial məsuliyyəti təşviq edərək ölkəmizin kənd təsərrüfatı sektorunda örnək dəyərlərə malik bir şirkətik.

Əlaqə vasitələri:

Aparıcı hüquqşünas

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin ümumi fəaliyyəti ilə bağlı hüquqi risklərin minimallaşdırılması üçün hüquqi dəstək göstərmək, müvafiq rəylər vermək, direktor, şöbə rəhbəri və işçilərlə qarşılıqlı əməkdaşlıq etmək;
  • Öz işində üçüncü şəxslər, o cümlədən dövlət və publik hüquq şəxslər, agentliklər, fiziki və hüquqi şəxslər qarşısında işəgötürənin hüquqi və qanuni maraqlarının müdafiəsi prinsipini rəhbər tutmaq, bu məqsədlə zəruri rəsmi müraciətlər hazırlanmaq, ehtiyac olduqca səfərlər etmək, işgüzar görüşlər keçirmək;
  • Birbaşa rəhbərinin tapşırıqlarına əsasən cəmiyyətin təsis sənədlərini hazırlamaq, müvafiq dəyişikliklər etmək, yeni hüquqi şəxslər yaratmaq, hüquqi şəxslərin yenidən təşkili ilə əlaqədar sənədləri hazırlamaq, dövlət qeydiyyatından keçirmək;
  • Cəmiyyətin ümumi fəaliyyəti ilə bağlı qəbul edilən normativ sənədlərin hüquqa və qanuna uyğunluğuna dair rəy vermək;
  • Hüquqi rəy və əsaslandırmalar hazırlamaq;
  • Cəmiyyətin və qrup şirkətlərinin əmr, qayda, təlimat, əsasnamə və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasını həyata keçirmək və zərurət olduqda birbaşa rəhbərinin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin və qrup şirkətlərinin sənədlərin, eləcə də üçüncü şəxslər tərəfindən təqdim olunan, göndərilən sənədlərin hüquqi ekspertizasını aparmaq, onlara dair hüquqi rəy vermək və zəruri hüquqi düzəlişlər aparmaq;
  • Bağlanması nəzərdə tutulan mülki müqavilə layihələrini hazırlamaq, üçüncü şəxslər tərəfindən təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirimək, müvafiq rəy vermək və zəruri hüquqi düzəlişlər aparmaq, təkliflər vermək, zəruri hallarda üçüncü şəxslərin nümayəndələri ilə görüşmək;
  • Cəmiyyətdaxili qanun pozuntuları, müəssisədaxili mübahisələr, o cümlədən əmək mübahisələri ilə bağlı hüquqi rəy vermək;
  • Cəmiyyətin üçüncü şəxslərlə olan mübahisələrinin həll olunması, o cümlədən mübahisələrin məhkəməyəqədər həll olunması ilə bağlı hüquqi məsləhətlər vermək;
  • Cəmiyyəti hüquq-mühafizə orqanlarında təmsil etmək, bu məqsədlə zəruri hüquqi tədbirlər görmək;
  • Məhkəmə mübahisələri zamanı Cəmiyyəti məhkəmədə təmsil etmək və müvafiq qaydada zəruri hüquqi tədbirlər görmək, o cümlədən məhkəmə qərarlarının icrasında hüquqi dəstək vermək;
  • Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və direktorun, birbaşa rəhbərinin yazılı və şifahi tapşırıqlarını rəhbər tutmaq;
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı görülməsi zəruri olan tədbirlər barədə təkliflər irəli sürmək.

Vəzifə tələbləri:

  • Ali hüquq təhsili olmalı;
  • Hüquq sahəsi üzrə ən azı 3 il korporativ və rəsmi qurumlarla iş təcrübəsinə malik olmalı;
  • Normativ-hüquqi aktlarla və müqavilələrlə iş təcrübəsi olmalı;
  • Sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüskar və məsuliyyətli olmalı;

Əlavə məlumat:

  • Struktur: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Hüquq və Dövət qurumları ilə əlaqələr üzrə menecer
  • İş yeri: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93, BEGOC Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi  (həftə içi saat 09:00-18:00) 
  • Regionlara ezam səfərləri nəzərdə tutulur.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aparıcı hüquqşünas) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq!

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap