Azcargo Logistics and Management Services

Şirkət haqqında:
«Azcargo Logistics and Management Services» MMC 2013-cü ildən etibarən Bakıda və respublikamızın digər bölgələrində logistika xidmətləri göstərir və bu illər ərzində qazandığı müştəri məmnuniyyətini və etibarlı köməkçi nüfuzunu həmişə qoruyur. Biz çalışırıq ki, bizimlə işləmək həmişə sərfəli və rahat olsun. Buna görə də, biz mütəmadi olaraq öz fəaliyyət sahələrimizi genişləndirir və xidmət servizlərimizi inkişaf etdiririk.
Dəqiqlik – şirkətimizin əsas devizlərindən biridir. Müştərilərimizin yüklərinin vaxtında və təhlükəsiz ünvana çatdirilmasından tam əmin olmaları məqsədi ilə biz ən xırda nüansları da nəzərə almışıq. Beləki, avtoparkımızın bütün avtomobilləri GPS trekerləri ilə təhciz olunub. Bu isə daşınma prosesinə tam nəzarəti təmin edir.
Şirkətimiz zəng vərkəzinə müraciətlərin rahatlığını təmin etmək məqsədi ilə 2013-cü ildən etibarən 188 qısa nömrəsini müştərilərinin istifadəsinə vermişdir.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Mövcud müştəri bazası ilə çalışmaq.
- Mövcud müştəriləri ilə mütəmadi olaraq əlaqədə olmaq, yeni tələbləri nəzarət altında saxlamaq və tələbat yarandığı zaman təklifləri hazırlamaq.
- Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, görüşlərin keçirilməsi, tələbatların öyrənilməsi və təkliflərin hazırlanması.
- Danışılan nömrələrin bazaya əlavə edilməsi.
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
- Korporativ müştərilərlə əlaqələrin qurulması
- Müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi
Tələblər:
- İş təcrubəsi:3 il
- Təlim sahəsində satış üzrə təcrübə;
- İnandırıcılıq və satış qabiliyyəti;
- MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl (İngilis və rus dili üstünlükdür);
- Komandada işləmə bacarığına malik olmaq;
- Diqqətli və dəqiq olmaq;
- İşgüzar və məsuliyyətli olmaq;
- Stressə davamlılıq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 6 gün/ 09:00 – 18:00
- İş qrafiki: həftənin 6 günü
- Əmək haqqı:1500 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nomrəsi 0502738483