Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
Hüquqşünas (Bazarstore)
Müəssisə: BAZARSTORE MMC
Tələblər:
- Ali təhsil; (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word) - Yaxşı;
- Dil bilikləri: Azərbaycan dili – Əla;
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının dövlət orqanlarında və yerli icra qurumlarında ”Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
- Bütün Məhkəmə instansiyalarında “Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən qurumlarında “Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
- Səlahiyyətləri daxilində mediasiya proseslərində “Bazarstore” MMC-ni təmsil etmək və prosessual hərəkətləri həyata keçirmək;
- Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət orqanlarından, qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə rəhbərinə məruzə etmək, razılaşdırdıqdan sonra isə cavablandırmaq və göndərmək;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətləri edir,
- Müqavilələrin hüquqi cəhətdən uyğunluğunu yoxlayır;
- Yeni müqavilələr tərtib edir və hüquqi rəy verir;
- Qanunvericiliyin təkmiləşdirilməsi ilə bağlı dəyişiklik edilmiş normalarla, müvafiq qanunvericilik aktlarından məlumatlı olmaq;
- İcrası qurtarmış məhkəmə işlərinə aid sənədlərin arxivlənməsi aparır;
- MMC-yə daxil olan bütün strukturlar üçün müqavilələrin hüquqi uyğunluğunu yoxlayır;
- Kargüzarlıq təlimatlarına uyğun şəkildə məktub, müraciətlərin hazırlanması, onların sistemləşdirilməsini aparmaq;
- Hüquqi məsələlərin müzakirəsi üçün rəhbərin göstərişi ilə digər şirkətlərin nümayəndələri ilə görüşür;
- MMC-yə daxil olan müəssisə və təşkilatlarda hüquqi işlərə metodiki hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabların hazırlanmasında iştirak edir;
- MMC-də İnsan Resursları ilə bağlı rəylərin verilməsi, vəzifə təlimatı və digər sənədləşmə işlərinin aparılmasında dəstək olur;
- MMC-yə qarşı məhkəmələrə təqdim edilmiş iddia ərizələrinə və apellyasiya şikayətlərinə əsaslandırılmış etirazlar hazırlayır;
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmləşdirilməsi;
- Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində məsləhətlər, habelə təşkilati-hüquqi məsələlərə rəylər verir.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsinə "Hüquqşünas (Bazarstore)" yazaraq göndərə bilər və ya "Müraciət et" düyməsinə basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.