Badamdar Hotel & Residences

Şirkət haqqında:
Located within 25 minutes' walk from Upland Park, Badamdar Estates offers 24-hour front desk, dry cleaning and concierge service.
Flame Towers is nearly a 25-minute walk of the 5-star hotel in Baku. Guests of the property can get to Philarmonic Garden, which is about a 25-minute stroll away.
Comprising a city view balcony the rooms at Badamdar Estates are equipped with a flat-screen TV with satellite channels. Some of the stylish units also come with mini-kitchen, microwave, a freezer and other utensils.
Corporate travelers will benefit from a conference space and meeting rooms available on venue.
Əlaqə vasitələri:
Xərclər üzrə nəzarətçi
Əmək funksiyası:
- Maliyyə Meneceri tərəfindən müəyyən edilmiş vəzifələri Maliyyə Menecerinin müavinin və ya Baş Mühasibin nəzarəti altında həyata keçirmək.
- Şirkətin bütün daxili nəzarət proseduralarını tam anlamaq.
- Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin şirkətin siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
- Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
- Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
- Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
- Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
- Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
- Aylıq Qida və İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq.
- Hər ay Anbar sayımlarını həyata keçirmək, sayım nəticələrinə uyğun olara silinmələrin düzgün xərclərə getməsinə nəzarət etmək, silinmələr ilə satışın qarşılaşdırılması “shrinkage” həyata keçrimək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Nəzarətçisinə məlumat vermək.
- Periodik olaraq əsas vəsait və azqiymətli sayımları həyata keçirmək, Əsas Vəsait və Azqiymətli reyestrinin yenilənməsi və nəzarətdə saxlanılması.
- Periodik olaraq bazar araşdırması aparılması, satış nöqtələrində və anbarlarda ani yoxlamaların həyata keçirilməsi.
Tələblər:
Təhsil:
- Ali maliyyə və ya iqtisadi təhsil;
Bilik və Bacarıqlar:
- Vergi qanunvericiliyi, normativ və aktlar üzrə biliklər;
- Yerli və beynəlxalq mühasibatlıq standartları;
- Məlumatların analizi (data analysis);
- Detallara diqqətlilik;
- Problem həll etmə;
- İdarəçilik
- Kritik və analitik düşüncə
- Stress altında işləmə
Kompüter bilikləri:
- MS Excel;
- ERP sistemlər;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili –danışıq səviyyəsində
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:
- SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
- Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
- Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
Digər öhdəliklər:
- Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.