Leadlab Agency

Şirkət haqqında:
Leadlab – Kreativlik, Strategiya və Süni İntellekt ilə markaları böyüdürük!
Leadlab 2016-cı ildən fəaliyyət göstərən tam xidmətli kreativ marketinq agentliyidir. Həm yerli, həm də beynəlxalq brendlərlə çalışan komandamız yaradıcılıq, strateji düşüncə və texnologiyanı bir araya gətirərək bizneslər üçün effektiv həllər hazırlayır.
Bizneslərin uğurunu təmin edən əsas istiqamətlərimiz:
Brendinq və kommunikasiya strategiyası
Kreativ konseptlər və vizual identiklik
SMM və rəqəmsal reklamlar (Meta, Google, TikTok və s.)
Video və qrafik kontent istehsalı (Reels, TikTok, TV, 2D/3D animasiyalar və s.)
Influencer və PR kampaniyaları
AI əsaslı marketinq həlləri və kontent avtomatlaşdırması
Leadlab süni intellektin imkanlarını yerli bazarda tətbiq edən ilk kreativ agentliklərdəndir. Biz artıq AI ilə videokontent, animasiya, influencer modelləri və kreativ ideya generasiyası kimi sahələrdə real işlər təqdim edirik. Bu isə müştərilərimiz üçün daha sürətli, kreativ və sərfəli həllər deməkdir.
Hər bir layihəyə yüksək məsuliyyətlə yanaşır, markaların hekayəsini fərqləndirən və yadda qalan formada çatdırırıq. Məqsədimiz – kreativlik və innovasiyanı birləşdirərək bazarda fərq yaradan agentlik olaraq qalmaqdır.
Əgər sən də gələcəyin marketinqini formalaşdıran bir komandanın parçası olmaq istəyirsənsə – bizə qoşul!
Əlaqə vasitələri:
Qrafik və Motion Dizayner
Agentliyimiz böyüyür və həm kreativ baxışa, həm də vizual zövqə sahib yeni bir Qrafik və Motion Dizayner axtarırıq.
Vəzifələr:
- Sosial media üçün statik postların, cover-ların və story vizuallarının hazırlanması
- Sadə və orta mürəkkəblikdə motion kontentlərin hazırlanması (gif-lər, animasiyalı postlar, intor/outro-lar və s.)
- Kampaniyalar üçün əsas KV və reklam vizuallarının dizaynı
- Promo və çap məhsulları üçün dizaynların hazırlanması (çanta, dəftər, fincan və s.)
- Animasiya videolar üçün qrafik elementlərin hazırlanması və digər komanda üzvləri ilə koordinasiya
- Komandadan gələn brief-ləri düzgün başa düşmək və vaxtında icra etmək
Tələblər:
- Adobe Photoshop, Illustrator və After Effects proqramlarını peşəkar səviyyədə bilmək
- Sosial media dizayn trend və formatlarına bələdlik
- Vizual zövq və dizayn prinsipinə ciddi yanaşma
- Deadline rejiminə uyğun işləmək və eyni anda birdən çox layihəni idarə edə bilmək
- Komandada işləməyi bacarmaq və brifə əsasən düzgün təqdimat vermək
Üstünlükdür:
- Agentlik təcrübəsi (xüsusilə SMM və kampaniya dizaynları sahəsində)
- Figma ilə tanışlıq (motion üçün asset paylaşımı baxımından)
- 2D animasiyalı video işlərinə dəstək verə bilmə bacarığı (nümunə portfolioda göstərilə bilər)
Əməkhaqqı:
- Əməkhaqqı namizədlərlə müsahibə zamanı razılaşdırılacaq (rəqabətə davamlı maaş + əlavə mükafatlar və layihə bonusları)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.