Business Service Centre LTD
Şirkət haqqında:
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Mühasib
Öhdəliklər:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- 1C proqramında əməliyyatların işlənilməsi və yoxlanılması;
- Mühasibat və vergi uçotunun aparılma qaydalarına uyğun müəssisənin uçotunun qurulması üzrə müvafiq əməliyyatların həyata keçirilməsi ;
- Baş mühasibin və aparıcı mühasibin tapşırıqlarını yerinə yetirmək;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil(arzu olunandır);
- Mühasibat müxabirləşmələrini bilən;
- Mühasibatlıq sahəsində 1 ildən artıq iş təcrübəsi;
- MS Office(Excell biliklərinə üstünlük verilir), 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 09:00-dan 18:00-dək; şənbə(ayda 2 dəfə) 09:00-dan 13:00-dək
- Əmək haqqı 600-800 AZN (Müsabiqə əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.