Dinçer&Carçıoğlu BM

Şirkət haqqında:
"Dinçer və Carçıoğlu" BM 1997-ci ildə təsis edilmiş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətinin əsas sahəsini qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı əhatə edir. Bu istiqamət üzrə başlayaraq şirkətimiz qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. “Dinçer və Carçıoğlu” BM-i Avropa və qonşu ölkələrin dünya bazarındakı mühüm şirkətlərinin Azərbaycanda rəsmi distribüteridir.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar “Dinçer və Carçıoğlu” BM-in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Bunun nəticəsi olaraq şirkətimiz yüzlərlə işçi kadrların sahibidir. Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz dövlətlər siyahısına Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Belarusiya, Finlandiya, Estoniya, İtaliya və digər dövlətlər daxildir.
Müəssisə olaraq əsas dəyərlərimiz keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif etməkdir. Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımızı yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək şirkətimizin əsas prinsipləridir.
Əlaqə vasitələri:
Layihə meneceri
Vəzifələri (İş öhdəlikləri):
- Mebel layihələrinin başlanğıcından sona qədər planlaşdırılması və həyata keçirilməsi;
- Layihə qrafiklərinin hazırlanması və icra olunmasına nəzarət;
- Dizayner, istehsalat və satış komandaları ilə koordinasiya;
- Resursların düzgün bölüşdürülməsi və əməkdaşların yönləndirilməsi;
- Müştəri tələblərinin toplanması və layihəyə uyğun şəkildə icrasına nəzarət;
- Müştəri ilə dövri görüşlər və geribildirimlərin toplanması;
- Mebel dizaynlarının və istehsalat sənədlərinin yoxlanması;
- Material seçimi, keyfiyyət standartlarına uyğunluq və ölçülərin dəqiqliyinə nəzarət;
- Layihənin maliyyə planının hazırlanması və büdcə çərçivəsində qalmasına nəzarət;
- Təchizatçılarla qiymət razılaşmaları və sifarişlərin idarəsi;
- Layihənin gedişatında yarana biləcək riskləri təyin etmək və önləyici tədbirlər görmək;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması;
- Layihə sənədlərinin arxivləşdirilməsi və sistemli şəkildə saxlanılması;
- Mebel layihələrinin vaxtında və keyfiyyətli şəkildə başa çatmasını təmin etmək;
- Komandalararası effektiv əməkdaşlıq və kommunikasiya yaratmaq;
- Büdcə, material və işçi resurslarının optimal istifadəsini təşkil etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və layihə sonrası dəstəyi təşkil etmək;
- İstehsalat prosesində texniki standartlara və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər:
- Təhsil: Ali təhsil (memarlıq, dizayn, mühəndislik və ya menecment sahəsində üstünlükdür);
- Mebel və ya interyer sahəsində layihə idarəçiliyi üzrə 1+ il iş təcrübəsi;
- Bilik və bacarıqlar: AutoCAD, SketchUp, 3ds Max, Revit və s. dizayn proqramlarında anlayış (ən azından oxuma bacarığı);
- MS Project və ya digər layihə idarəetmə proqramlarında biliklər;
- Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı;
- Texniki çertyojları və spesifikasiyaları anlama bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə, Rus və ya İngilis dili – texniki sənədləri anlayacaq səviyyədə arzuolunandır;
Şəxsi keyfiyyətlər:
- Yüksək məsuliyyət hissi;
- Stressə davamlılıq və çoxsaylı tapşırıqlarla işləmə bacarığı;
- Komandada işləmək və liderlik etmək bacarığı.
İş barədə:
- İş rejimi: Həftə içi 6 gün;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı:1800azn+bonus;
Ünvan: Keşlə qəs.Yeni Kənd, 2213-cü məhəllə, Babək pr. Nurgün motorsun arxası.
Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.