Dinçer&Carçıoğlu BM

Şirkət haqqında:
"Dinçer və Carçıoğlu" BM 1997-ci ildə təsis edilmiş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətinin əsas sahəsini qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı əhatə edir. Bu istiqamət üzrə başlayaraq şirkətimiz qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. “Dinçer və Carçıoğlu” BM-i Avropa və qonşu ölkələrin dünya bazarındakı mühüm şirkətlərinin Azərbaycanda rəsmi distribüteridir.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar “Dinçer və Carçıoğlu” BM-in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Bunun nəticəsi olaraq şirkətimiz yüzlərlə işçi kadrların sahibidir. Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz dövlətlər siyahısına Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Belarusiya, Finlandiya, Estoniya, İtaliya və digər dövlətlər daxildir.
Müəssisə olaraq əsas dəyərlərimiz keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif etməkdir. Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımızı yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək şirkətimizin əsas prinsipləridir.
Əlaqə vasitələri:
Memar-Dizayner
Əsas vəzifələr:
- Tikinti və ya interyer layihələrinin konseptual dizaynını hazırlamaq;
- Müştərinin istəkləri, texniki tapşırıq və büdcə çərçivəsində layihəni formalaşdırmaq;
- Ətraf mühitə, funksionallığa və estetikaya uyğun dizayn həlləri təklif etmək;
- Əl ilə və ya kompüter proqramları (AutoCAD, Revit, SketchUp, 3ds Max, Rhino, Adobe Suite və s.) vasitəsilə eskizlər, planlar, kəsiklər və fasadlar hazırlamaq;
- 3D modellər və vizualizasiya təqdimatları yaratmaq;
- Yerli və beynəlxalq memarlıq, inşaat və təhlükəsizlik normativlərini nəzərə almaq;
- Sənaye standartlarına və qanunvericiliyə uyğun layihə hazırlamaq;
- Müştərilərlə görüşlər keçirmək, onların ehtiyac və arzularını analiz etmək;
- Tikinti mühəndisləri, dizaynerlər və digər mütəxəssislərlə komanda şəklində işləmək;
- Podratçılar və təchizatçılarla texniki detalları razılaşdırmaq;
- Layihə üçün texniki spesifikasiyalar, planlar, ölçülər və material siyahıları hazırlamaq;
- İcra üçün tələb olunan icazə sənədlərinin hazırlanmasına yardım göstərmək;
Tələblər:
- Təhsil və ixtisas: Memarlıq, interyer dizaynı, sənaye dizaynı və ya əlaqəli sahə üzrə ali təhsil;
- (Üstünlükdür) İnteryer dizaynı və ya mebel sahəsində əlavə kurslar və ya sertifikatlar.
İş təcrübəsi:
- Memarlıq və ya dizayn sahəsində ən azı 1–3 il iş təcrübəsi;
- Mebel və ya interyer layihələri üzərində praktiki təcrübə;
- Mebel konstruksiyası və materialları ilə iş təcrübəsi üstünlük sayılır.
Proqram bilikləri:
AutoCAD – 2D plan və kəsiklər üçün; SketchUp, 3ds Max, Revit və ya ArchiCAD – 3D modelləşdirmə üçün; V-Ray, Lumion və ya Twinmotion – render və vizualizasiya üçün; Photoshop və ya Illustrator – təqdimat materialları üçün
Peşəkar bacarıqlar:
- Mebel və interyer dizaynında texniki və estetik düşünmə qabiliyyəti;
- Rəng, forma və material uyğunluğunu analiz etmək bacarığı;
- Tikinti və istehsalat üçün texniki rəsmlər hazırlamaq bacarığı;
- Yerli və beynəlxalq dizayn trendlərinə bələdlik;
- Materialların texniki xüsusiyyətləri barədə bilik (MDF, HPL, akril, şpon və s.).
Şəxsi keyfiyyətlər:
- Yaradıcı və estetik baxış;
- Dəqiqlik və məsuliyyətlilik;
- Güclü təqdimat və ünsiyyət bacarığı;
- Müştəri yönümlü düşüncə və komandada işləmək bacarığı;
- Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək qabiliyyəti.
- Dil və əlavə bacarıqlar:
- Azərbaycan dili – əla;
- Rus və/və ya ingilis dili bilikləri üstünlükdür (xarici müştərilərlə və ya material kataloqları ilə işləmək üçün);
- Sürücülük vəsiqəsi və sahəyə baxış imkanları üstünlük sayıla bilər.
İş barədə:
- İş rejimi: Həftə içi 6 gün;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı:1500azn+bonus;
Ünvan: Keşlə qəs.Yeni Kənd,2213-cü məhəllə, Babək pr. Nurgün motorsun arxası.
Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.