Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Sürücü
Hazırda şirkətimizə Sürücü vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1
Tələblər:
- Orta texniki təhsil;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası (BC);
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Ünsiyyət.
Vəzifə və Öhdəliklər:
- Avtomobilin vaxtlı-vaxtında yanacaqla təmin olunmasına nəzarət etməli;
- Avtomobilin lazımi mayelərlə (yanacaq, yağ, antifriz və s.) vaxtlı-vaxtında təmin olunmasına nəzarət etməli;
- Diaqnostika və Texniki təmirdən keçməyə diqqət yetirmək, hər hansı bir nasazlıq ortaya çıxdığı halda, maşın təmir olunmamış yola çıxmamalı;
- Avtomobili idarə edən zaman yol qaydalarına tam riayət etməli;
- Lazımi təqdirdə avtomobilin gediş, gəliş, yanacaq və kilometr göstəricilərinin hesabatını aparmalı və müvafiq tələb olunan ünvana təqdim etməli;
- Sürücü istifadə etdiyi avtomobili təmiz, səliqəli və istismara yararlı vəziyyətdə saxlamalı;
- Avtomobildə yaranmış nasazlıqlar haqqında dərhal xəbər verməli;
- İş zamanı ortaya çıxan və avtomobilin mexanizmlərinin sökülməsini tələb etməyən xırda nasazlıqları özü aradan qaldırmalı;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirməlidir.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.