Liv Bona Dea Hospital
Şirkət haqqında:
Şirkət haqqında
Təsadüfi deyil ki, biz xəstəxanamızı “Bona Dea Beynəlxalq Hospital”ı adlandırmışıq. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağçasında xəstələrə şəfalı bitkilərlə qulluq olunurdu. Sağlamlıq simvolu olan ilan da onun atributu idi.
Bona Dea Beynəlxalq Hospitalı Azərbaycanın hal-hazırkı paytaxtı olan Bakıda yerləşir. Bizim xəstəxananın gözəl binası şəhərin Nizami rayonundadır. O, şəhərin əsas avtomagistralı olan Heydər Əliyev prospektinə yaxındır, əlverişlilik bizim üstünlüklərimizdən biridir.
Bununla belə, xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.
Bizim ən əsas hədəfimiz JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyasını əldə etməkdir: bu, qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. Biz, həqiqətən də, xəstəxanamızın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açaraq beynəlxalq xəstəxana olmaq niyyətindəyik.
Əlaqə vasitələri:
Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis (rus dili)
Vəzifə və öhdəliklər:
- Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi.
- Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.
- Əməliyyat zamanı və əməliyyatdan sonra xəstələrlə maraqlanıb onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.
- Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi tərcümə ilə bağlı dəstək göstərilməsi.
- Lazımi hallarda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq.
- Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq.
Tələblər:
- Ali təhsilli, rus dilini səlis bilən, tibb sahəsindətəcrübəsi olan və ya bu sahədə təhsil almış. Dil bacarıqlarından səlis istifadə etmək və əlavə dil biliklərinə malik olmaq üstünlükdür.
- Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən.
- Uzunmüddətli əməkdaşlıq düşünən namizədlər
- Öyrənməyə və inkişaf etməyə həvəsli
- Xarici pasiyentlərlə işləməyə maraqlı
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Stresə davamlı.
- Əmək haqqı təcrübəyə, bilik və bacarlqlara əsasən təyin ediləcək
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına, təcrübəsinə əsasən təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis(Rus dili)” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.