Liv Bona Dea Hospital
Şirkət haqqında:
Şirkət haqqında
Təsadüfi deyil ki, biz xəstəxanamızı “Bona Dea Beynəlxalq Hospital”ı adlandırmışıq. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağçasında xəstələrə şəfalı bitkilərlə qulluq olunurdu. Sağlamlıq simvolu olan ilan da onun atributu idi.
Bona Dea Beynəlxalq Hospitalı Azərbaycanın hal-hazırkı paytaxtı olan Bakıda yerləşir. Bizim xəstəxananın gözəl binası şəhərin Nizami rayonundadır. O, şəhərin əsas avtomagistralı olan Heydər Əliyev prospektinə yaxındır, əlverişlilik bizim üstünlüklərimizdən biridir.
Bununla belə, xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.
Bizim ən əsas hədəfimiz JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyasını əldə etməkdir: bu, qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. Biz, həqiqətən də, xəstəxanamızın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açaraq beynəlxalq xəstəxana olmaq niyyətindəyik.
Əlaqə vasitələri:
Qarson/Yemək paylayıcı
İş barədə məlumat:
- Standartlara uyğun müştərilərə yüksək səviyyədə xidmət və qayğının göstərilməsini həyata keçirir
- Sifarişin düzgün qaydada qəbul edilməsini həyata keçirir
- Hesabın düzgün qaydada qəbul edilməsini həyata keçirir
- Xəstə ilə düzgün standartlara uyğun ünsiyyətin qurulmasını təmin edir
- Masalarda masa üstü avadanlıqların düzgün qoyuluşunu təmin edir
- Masa üstü aksessuarların təmizliyinin / sayının izlənməsinin həyata keçirilməsini təmin edir
- Müştərilər və xəstələr tərəfindən müraciət olunan şikayət/etirazların səbrlə dinləmək və müsbət həllini təmin edir
- İş mühitində rahat və dəstəkverici mühitin yaradılmasını təmin edir
Tələblər:
- Təhsil: orta;
- İş təcrübəsi: müvafiq vəzifə üzrə çalışanlar tərcih edilir;
- Dil bilikləri: azərbaycan dili səlis danışmaq bacarıqları (rus dili arzuolunandır);
- Gülərüz, ünsiyyətçil, yüksək xidmət göstərmək bacarığı olmalı;
- Komanda ilə işləmək bacarığı olmalı;
- Fəal, məsuliyyətli, punktual, stressə davamlı olmalı.
Müraciət üçün:
- Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Qarson” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.