MY GROUP HOLDİNG MMC
Şirkət haqqında:
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər:
MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir. Şirkətin satış və xidmət sahəsində uzun illər təcrübəsi var. İstənilən mobil cihazların, eko-sistemlərin və məişət texnikasının həm pərakəndə, həm də topdan satışını həyata keçiririk. Şirkət Apple şirkətinin Azərbaycanda səlahiyyətli reselleri, Xiaomi şirkətinin səlahiyyətli reselleri, Vertu-nun eksklüziv distribyutorudur və məhsulları istehsalçıların zəmanəti ilə satır. Myshops Apple ilə yanaşı Samsung, Huawei, Nokia, Meizu və s. kimi brendlərin Azərbaycana ilk rəsmi idxalçılarından biridir. Bütün telefonlar ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikatlaşdırılıb və qeydiyyatdan keçib.
My Mİ - Aparıcı topdansatış distribyutoru olaraq, biz dünya üzrə pərakəndə satıcılara, bizneslərə və e- komers satıcılarına yüksək keyfiyyətli elektronika məhsullarının geniş çeşidini təqdim etməkdə ixtisaslaşırıq. Mükəmməlliyə sadiqliyimiz və yeniliklərə həvəsimizlə biz elektronikada ən son məhsullar üçün əsas mənbəyə çevrilmişik.
MyCars MMC - Premyer avtomobil dileri və idxal-ixrac şirkəti olaraq biz müştərilərimizə yüksək keyfiyyətli avtomobillər təklif edirik.
MyStudio MMC - sadəcə bir marketinq agentliyi deyil – biz sizin uğurunuzda tərəfdaşlarıq. Missiyamız innovativ dizaynın gücünü, verilənlərə əsaslanan marketinq strategiyalarını və ekspert SEO üsullarını birləşdirərək bütün ölçülü bizneslərə rəqəmsal mənzərədə kömək etməkdir.
MyParfumes MMC - ətir, odekolon və ətirlə bağlı məhsulların alqı-satqısı üzrə ixtisaslaşmışdır. Orijinal və arzuolunan ətirlərin davamlı tədarükünü təmin etmək üçün təchizatçılar, istehsalçılar və distribyutorlarla əlaqələr qurmuşuq.
Davamlı keyfiyyətə, etik dəyərlərə sadiqliyimiz və müştəri məmnuniyyətinin davamlı axtarışı bizi daim gözləntiləri aşmağa və keyfiyyətli xidmətin sərhəd tanımadığı bir dünya yaratmağa sövq edir.
Məqsədimiz şirkətin imici, yeni bazarların inkişafı və regionlarda layihələrin həyata keçirilməsi.
Korporativ (B2B) və topdansatış suallarınız üçün sales@myshops.az elektron poçtu ilə əlaqə saxlayın.
Telefon: *8989
Əlaqə vasitələri:
Kredit üzrə mütəxəssis
Vəzifələr və məsuliyyətlər:
- Müştərilərdən kredit müraciətlərinin qəbulu və ilkin qiymətləndirilməsi
- Müştərilərə kredit məhsulları barədə tam və dəqiq məlumat vermək
- Kredit müraciətlərinə dair sənədlərin düzgün şəkildə toplanması və sistemə daxil edilməsi
- Kredit portfelinə gündəlik nəzarət və ödənişlərin vaxtında yerinə yetirilməsinə nəzarət
- Gecikmiş ödənişlərin idarə olunması və müvafiq tədbirlərin görülməsi
- Risklərin qiymətləndirilməsi və rəhbərliyə məlumat verilməsi
- Satış və kredit planları üzrə hədəflərin yerinə yetirilməsi
- Daxili prosedur və təlimatlara ciddi şəkildə riayət etmək
- Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələb edilən bacarıqlar və təhsil:
- Ali təhsil (Bakalavr dərəcəsi).
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi.
- Azərbaycan dili səlis, rus dili bilikləri arzuolunandır.
- Effektiv ünsiyyət və inandırma bacarığı.
- Analitik düşüncə və yüksək məsuliyyət hissi.
- Ünsiyyətqurma və müştəri yönümlü yanaşma.
- Problemlərin həlli üzərində işləmək bacarığı.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
- 1C proqramında işləmə - üstünlükdür.
- Məlumat bazası ilə işləmə bacarığı.
- Məsuliyyətli, ünsiyyətcil, təşəbbüskar.
- Komandada işləmək bacarığı.
- Sənədlərlə işləmək bacarığı (Sənəd dövriyyəsinin düzgün aparılması).
İş şəraiti:
- Əmək haqqı: 750-800 man.
- İş qrafiki: 6 günlük iş həftəsi.
- İş saatları: 11:00 – 20:00 (1 saat nahar fasiləsi).
- İstirahət günü: Həftə içi müəyyən olunan bir gün (müəssisədaxili qrafikə uyğun)
- İş yeri: MyShops Bülbül filialı (Bülbül pr. 38A)
Uyğun namizədlər CV fomalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə “Kredit üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.