Bakinity Distribution MMC

Şirkət haqqında:
Cəmiyyətin fəaliyyət növü haqqında ətraflı məlumat, -Bakinity şirkəti 2001-ci ildə yaradılıb.
2016-cı ilin yanvarından pərakəndə satış istiqaməti müstəqil şirkətə çevrildi. Pərakəndə satış istiqaməti kompüter və ofis avadanlığı satışı sahəsində fəaliyyət göstərir, ölkədə məhsul və İT-xidmətlərinin geniş spektrini təqdim edir.
Biz bir sıra müxtəlif məhsullar və aparıcı şirkətlərin avadanlıqlarını:
- kompüter avadanlıqları,
- əlavə hissələr,
- noutbuklar,
- kompüter və ofis üçün periferik qurğular,
- serverlər,
- şəbəkə və operator avadanlıqları,
- eləcə də aparıcı şirkətlərin lisenziyalı proqram təminatını təklif edir.
Cəmiyyətin məqsədi müştəriləri ən yeni yüksək keyfiyyətli texnologiyalar və kompüter məhsulları ilə təmin etməkdir.
Əlaqə vasitələri:
Layihə-smeta sənədləri üzrə mühəndis
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinin daxili standartlara uyğun şəkildə formatlaşdırılması və tərtib olunması;
- Layihə sənədləri üçün metodik və normativ sənədlərin, o cümlədən şablonların, formaların və digər yardımçı materialların hazırlanması;
- İşçi heyəti tərəfindən təqdim olunmuş məlumatlar əsasında texniki təlimatların, istifadəçi rəhbərliklərinin, proses təsvirlərinin və digər sənədlərin hazırlanması, yoxlanılması və redaktəsi;
- Sənədlərin aktuallığının, tamlığının və strukturlaşdırılmış şəkildə saxlanmasının təmin edilməsi;
- Layihə dəyişikliklərinin sənədlərdə düzgün əks olunması və bu dəyişikliklərin komandalar arasında koordinasiyasının aparılması;
- Texniki sənədlərin (məsələn, sistem arxitekturası, API spesifikasiyaları, təhlükəsizlik sənədləri və s.) hazırlanmasında iştirak;
- Sənədlərin idarə olunması sistemləri (məsələn, Confluence, SharePoint və ya oxşar platformalar) vasitəsilə təşkil olunması və arxivləşdirilməsi;
- Komanda üzvlərinə sənədləşmə alətləri və standartları üzrə məsləhətlərin verilməsi, daxili təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi;
- Sənədlərin keyfiyyətinə nəzarət məqsədilə mütəmadi auditlərin aparılması və təkmilləşdirmə təkliflərinin verilməsi;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İT infrastrukturu, telekommunikasiya, sistem mühəndisliyi və ya oxşar texniki sahədə ali təhsil);
- İT şəbəkələrinin, enerji təchizatı və ya avtomatlaşdırma sistemlərinin layihələndirilməsi və istismarı sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazmaq bacarığı;
- İngilis dilində texniki sənədləri oxuma bacarığı;
- Autocad və MS Visio proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
- 2D/3D vizuallaşdırma proqramlarında işləmə bacarığı (məsələn, SketchUp, Revit, 3ds Max – üstünlükdür);
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Texniki sənədlərin hazırlanması və sistemli sənədləşmə üzrə təcrübə;
- Dəqiqlik, detallara diqqət və strukturlaşdırılmış düşüncə tərzi;
- Komanda ilə işləmək və müxtəlif şöbələr arasında effektiv kommunikasiya qurmaq bacarığı;
- Layihələrin idarə olunması sistemləri (məsələn, Jira, Confluence və s.) ilə işləmə təcrübəsi – üstünlükdür;
- Stressə davamlılıq və bir neçə tapşırıq arasında prioritetləşdirmə bacarığı.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı və s.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.