Ön ofis üzrə mütəxəssis/Kredit mütəxəssisi
BU VƏZİFƏ ÜZRƏ İDEAL NAMİZƏD:
- Təhsil: Ali təhsili;
- Dil bilikləri: Səlis Azərbaycan, rus dili (arzuolunandır);
- Təcrübə: Kreditin verilməsində ən azı 6 (altı) ay iş təcrübəsi;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti;
GÖRƏCƏYİNİZ İŞLƏR:
- Müvafiq təlimata əsasən Müəssisənin filialına yaxınlaşan müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək.
- Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək.
- Müştərilərə kredit üçün müraciət anketinin səhvsiz və dolğun doldurulmasına köməklik etmək.
- Müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək.
- Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi.
- Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin etmək.
ŞƏRTLƏR:
- İş vaxtı:
- 2 nəfər: 09:00/18:00 keçici cədvələ uyğun olaraq dəyişən 5 günlük;
- Əmək haqqı: 600 AZN (net) + 600 AZN (KPI);
İş vaxtı:
- 1 nəfər: 09:00/18:00 keçici cədvələ uyğun olaraq dəyişən 3-4 günlük;
- Əmək haqqı: 480 AZN (net) + 480 AZN (KPI);
İş yeri: Bakıxanov (qəsəbə), Aygun Mall yaxınlıqı.
BİZ TƏKLİF EDİRİK:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi (işə başladığdan 3 ay sonra);
- “Team building” tədbirlərinin keçirilməsi;
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.