Honours Academy

Şirkət haqqında:
Əlaqə vasitələri:
İnsan İnkişafı və Uyğunluq Şöbəsinin Rəhbəri və Karyera Məsləhətçisi
Sizi necə bir vəzifə gözləyir:
- Tələbələrlə fərdi və məqsədyönlü karyera görüşləri keçirmək
- CV, LinkedIn, müsahibəyə hazırlıq və digər praktiki bacarıqlarla bağlı həm fərdi, həm də qrup dəstəyi təqdim etmək
- Tələbələrin təlim nəticələrinə əsasən onları uyğun iş imkanları ilə əlaqələndirmək və nəticələri izləmək
- Tələbələrin işlə təminatı üçün yeni şirkət partnyorları ilə əlaqə yaratmaq və əməkdaşlıqlar qurmaq
- B2B əsaslı əməkdaşlıqların təşkili, namizəd seçimlərinin əlaqələndirilməsi və partnyor məmnuniyyətinin izlənilməsi
- HDC komandasına (HR, təlim, tələbə əlaqələri və analitika) rəhbərlik etmək, iş bölgüsü və performans takibini həyata keçirmək
- Keyfiyyətə nəzarət mexanizmləri qurmaq və tələbə yönümlü xidmətlərin davamlı inkişafını təmin etmək
- Struktur planlamalar, fəaliyyət göstəriciləri və hesabatlarla bağlı rəhbərliklə sıx əlaqədə işləmək
Əgər siz:
- Tələbələrin inkişafına töhfə verməyi əhəmiyyətli hesab edirsinizsə
- B2B münasibətlər qurmaqda və idarə etməkdə təcrübəniz varsa
- Komanda idarəetməsi və strateji planlama sizə yad deyilsə
- Həm peşəkar, həm də şəxsiyyət baxımından ilhamverici bir lider olduğunuzu düşünürsünüzsə
…sizi komandamıza dəvət edirik.
Tələblər:
- Ali təhsil və rəhbərlik təcrübəsi (təhsil və ya HR sahəsində üstünlükdür)
- Tələbə və ya müştəri yönümlü fəaliyyətlərdə minimum 3 il təcrübə
- Analitik və sistemli düşüncə tərzi
- İctimai çıxış və effektiv yazışma vərdişləri
İstirahət günü:
- İstirahət günləri həftəiçi təyin edilir.
Təklif etdiyimiz imkanlar:
- Dəyərlərə əsaslanan iş mühiti və sosial təsir imkanları
- Rəqabətli əməkhaqqı və nəticəyə əsaslanan bonuslar
- Komanda rəhbəri kimi peşəkar inkişaf fürsətləri
- Daxili təşəbbüslərə real təsir etmək imkanı
Müraciət üçün:
- CV və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Head of HDC & Career Coach” qeyd etməyi unutmayın.