Honours Academy

Şirkət haqqında:
Əlaqə vasitələri:
Tələbə İşləri üzrə Koordinator
Əsas vəzifə öhdəlikləri:
- Yeni və mövcud tələbələrlə ilkin əlaqə qurmaq, onları təlimlər, qaydalar və prosedurlar barədə məlumatlandırmaq
- Tələbələrin müraciətlərini cavablandırmaq və ehtiyac olduqda müvafiq komanda üzvlərinə yönləndirmək
- Təlim zamanı qarşılaşılan çətinlikləri izləmək və aidiyyəti komandaya və ya heyət üzvünə ötürmək
- Tədris cədvəlləri, təlimçi dəyişiklikləri və digər yeniliklər barədə tələbələri məlumatlandırmaq
- Təlimlərlə bağlı rəy və problemləri toplamaq, ümumiləşdirərək təkmilləşdirmə üçün təqdim etmək
- Təlim materiallarının tələbələrə vaxtında çatdırılmasını təmin etmək
- Texniki və təşkilati problemlərə çevik reaksiya vermək, operativ əlaqələndirmə aparmaq
- Təlimlər, sorğular və qiymətləndirmələrlə bağlı sadə formatlı hesabatların hazırlanmasına dəstək vermək
- Tələbələr üçün motivasiyaedici tədbirlər (oyunlar, sosial görüşlər və s.) planlamaq və icra etmək
- Tələbələrə dair məlumatların arxivləşdirilməsi və məxfiliyinin qorunması
Tələblər:
- Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları
- Məsuliyyətli və tələbəyönümlü yanaşma
- Çevik düşüncə və operativ qərarvermə bacarığı
- Google Workspace (Docs, Sheets, Forms və s.) ilə işləmək bacarığı
- Təlim, tədbir və sistem idarəçiliyində baza bacarıqlarına malik olmaq
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti
- Müxtəlif və dinamik iş prosesi
- Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq)
- Performansa əsaslanan bonus sistemi
- Peşəkar inkişaf və yüksəliş imkanları
İstirahət günü:
- İstirahət günləri həftəiçi təyin edilir.
Müraciət qaydası:
- CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Student Affairs Coordinator” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.