Satınalmalar şöbəsinin müdiri
Nə təklif edirik?
- Könüllü tibbi siğorta ailə paketi; (Paşa siğorta)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Şirkətin ehtiyaclarına uyğun olaraq satınalma siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi;
- Biznes, əməliyyatlar, hüquq, maliyyə, risk və digər əsas maraqlı tərəflərlə aktiv işləyərək səmərəli, nəzarətli və şəffaf satınalma proseslərinin qurulması, həmçinin bu proseslərin biznesin böyüməsinə uyğunlaşdırılması;
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
- Şirkətin illik satınalma planının hazırlanması və büdcə prosesinə inteqrasiyasının təşkili;
- Müqavilə danışıqlarının həyata keçirilməsində hüquq şöbəsi ilə koordinasiyalı fəaliyyət;
- Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması təkliflərin qiymətləndirilməsi;
- Şəffaflığın təmin edilməsi və satınalma fəaliyyətləri üzrə düzgün hesabat mexanizmlərinin qurulması, təkmilləşmə imkanlarının müəyyənləşdirilməsi;
- Tabeçiliyində olan komandanın effetkiv idarəolunması və KPİ-ların təyin edilməsi;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə aid tələblər:
- Satınalma və ya təchizat zənciri üzrə 8 il ümumi təcrübə (azı 5 il rəhbər vəzifədə);
- Dil bilikləri: İngilis dili mütləqdir, rus dili üstünlükdür;
- Təhsil: Biznesin idarə olunması, təchizat zənciri və ya əlaqəli sahələr üzrə ali təhsil. Müvafiq beynəlxalq sertifikatlar (CIPS, CPSM və s.) üstünlükdür;
- Təchizatçıların idarə edilməsi: Sifariş, tender, müqavilələşmə daxil olmaqla bütün satınalma proseslərinə dair geniş bilik və bacarıqlar.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Satınalmalar şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.