Aral Group Baku

Şirkət haqqında:
ARAL GROUP şirkətinin bünövrəsi 1991-ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır.
İdarə Heyətinin Sədri Cənab Ahmet Çetinin liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində istər yerli, istərsə də beynəlxalq sferada xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı "Açar Təhvili" layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır.
Əlaqə vasitələri:
SƏTƏM üzrə Mühəndis
İş yeri: Bakı, Ziya Bünyadov pr.
Əsas vəzifə öhdəlikləri:
- SƏTƏM sahəsində daxili prosedur və siyasətlərin hazırlanması və tətbiqinə nəzarət
- İşçilərin əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə maarifləndirilməsi
- İş yerində əməyin təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət
- SƏTƏM təlimatlarının, təlimlərinin təşkili və sənədləşdirilməsi
- Qəza və hadisələrin araşdırılması və hesabatların hazırlanması
- Müvafiq dövlət orqanları ilə əlaqələrin qurulması və hesabatların təqdim edilməsi
Namizədə tələblər:
- Ali texniki və ya mühəndislik təhsili (Əməyin mühafizəsi, ekologiya və s. sahələr üzrə üstünlükdür)
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və SƏTƏM üzrə normativ-hüquqi aktlar barədə biliklər
- Təlim keçirmək bacarığı və sənədlərlə işləmək bacarığı
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət
- FHN sertifikat (mütləqdir)
Təklif etdiyimiz şərtlər:
- Rəsmi əmək müqaviləsi
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- 6 günlük iş qrafiki
Müraciət qaydası:
- Zəhmət olmasa, CV-nizi mövzu hissəsində “SƏTƏM üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.