Norm OJSC

Şirkət haqqında:

İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Əlaqə vasitələri:

Satınalma və Təchizat Logistikası üzrə Aparıcı Mütəxəssis

Hazırda şirkətimizə Satınalma və Təchizat Logistikası üzrə Aparıcı Mütəxəssis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • İqtisadiyyat, İdarəetmə, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür)
  • Təchizat və logistika sahəsində minimum 3 il, tenderlərin təşkili sahəsində minimum 1 il iş təcrübəsi
  • Əla səviyyədə ingilis dili biliyi
  • MS Office komputer proqramı üzrə bacarıqlar
  • CIPS və ya buna bənzər sertifikat

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması, tədarükü və logistika əməliyyatlarının həyata keçirilməsi
  • Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi
  • Müəyyən edilmiş hədəflərə nail olmaq üçün, sifarişçi və yaxud son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi, kateqoriya ilə bağlı il ərzində baş verən istənilən dəiyşilik və yenilənmələrə nəzarət edilməsi və adekvat tədbirlərin görülməsi
  • Tender və standard təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
  • Müvafiq kateqoriyalar üzrə tenderlərin təşkili, müqayisə cədvəllərinin Tender Komitəsi iclaslarında təqdimatı və Təsdiqlənmiş Xərc Tələb formasının hazırlanması
  • Kateqoriyanın İdarəolunması prinsiplərinə uyğun olaraq təchizatçıların ilkin və təkrar qiymətləndirilməsi prosesində iştrirak etmə
  • Təchizatçı siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Təchizatçıların araşdırılması, təchizatçıların ofis və sahələrinə səfərlər etməklə təchizatçıların qiymətləndirilməsi və satınalma şərtlərinin uyğunlaşdırılması, fərdi sifarişlər, həmçinin uzunmüddətli alışlar üçün alış qiyməti və şərtləri ilə bağlı təhlillərin aparılması  və danışıqların həyata keçirilməsi, əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması.
  • Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması
  • Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi
  • Təchizatçı performansının qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün rəylərin alınması, sorğularının keçirilməsi və tövsiyələrin verilməsi.
  • Müvafiq  kateqoriyaya aid layihələrin müəyyən edilmiş zaman çərçivəsində və keyfiyyətlə icrası və idarə edilməsi.
  • Alış Tələbnamələrini vatlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
  • Lazım olduqda təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
  • Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
  • Şirkətin adına xaricdən idxal olmuş bütün mal-materialların vaxtında və düzgün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təmin etmək məqsədilə gömrük işlərini həyata keçirən şirkətlə əlaqələndirmə, tələb olunan sənədlərin təqdim edilməsi və rəsmiləşdirmə ilə əlaqədar digər tələb olunan hərəkətlərin yerinə yetirilməsi
  • Mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi
  • Gömrük rüsumları və idxal ƏDV-nin ödənilməsi üçün nəzərdə tutulan debit kartlarda daim idxal olunan malların gömrük rəsmiləşdirlməsi üçün tələb olunan vəsaitin olmasını təmin etmək məqsədilə gömrük brokeri və Maliyyə şöbəsi arasında əlaqələndirmə
  • Xaricdən alınan mal-materialların müvafiq şərtlərlə çatdırılması, idxal edilməsi üçün nəqliyyat firmaları ilə danışıqların aparılması, müqavilələrin bağlanması və logistika işinin təşkil edilməsi
  • Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Biz nə təklif edirik:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Unikal imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap