Ensol

Şirkət haqqında:
Ensol MMC, Azərbaycanın öndə gələn inşaat və mühəndislik şirkətlərindən biridir. Yenilikçilik, keyfiyyət və məsuliyyət prinsipləri ilə fəaliyyət göstərən şirkət, geniş mühəndislik və tikinti sahələrində güclü bir ekspertizə sahibdir.
Biz Kimik?
Biz, mühəndislər, tikinti mütəxəssisləri və sahənin təcrübəli liderlərindən ibarət bir komandayıq. Yenilikçi həllər tətbiq edərək, müştərilərimizin tələblərini ən yüksək keyfiyyətlə qarşılayırıq. Peşəkarlıq və məsuliyyət anlayışımız, bizə müştəri məmnuniyyəti və layihə uğurlarında xidmət etməkdə mövcud olan ən yüksək standartları təmin etməyə kömək edir.
Biz, müştəri məmnuniyyətini əsas kimi götürərək, peşəkarlıq, keyfiyyət və texniki mükəmməliyyətə əsaslanaraq layihələrimizi həyata keçiririk. Müştərilərimizin inkişafını və cəmiyyətə dəyər qatmağı öz əsas missiyamız hesab edirik.
Biz Nə Edirik?
- İnşaat və Mühəndislik Layihələri: Ensol MMC, mədəni və infrastruktur obyektlərinin tikintisi və təmiri üzrə uğurlu layihələr həyata keçirir. Yerüstü və yeraltı qaz, su və kanalizasiya sistemlərinin döşənməsi, yol və körpülərin tikintisi, mədəni obyektlərin restavrasiyası və yenidən tikintisi bizim əsas fəaliyyət sahələrimizdəndir.
- Enerji Infrastrukturu Layihələri: Qaz, elektrik və su enerji kəmərlərinin tikintisi və mühafizəsi, mərkəzi qaz paylaşıcı stansiyaların qurulması və layihələşdirilməsi, enerji infrastrukturunun yenilənməsi və modernizasiyası.
- Su Təchizatı və Kanalizasiya Layihələri: Şəhər və kəndlərin su təchizatı və kanalizasiya infrastrukturlarının qurulması və idarə edilməsi, su təchizatı üçün mənbələrin təminatı və su ehtiyatlarının idarə edilməsi.
Əlaqə vasitələri:
Mexanika mühəndisi
Vəzifə öhdəlikləri:
- Layihələrin texniki sənədlərinin, planlarının və spesifikasiyalarının dəqiq və standartlara uyğun olmasını yoxlamaq və mal materialların sifarişçi ilə razılaşdırılmasını təmin etmək.
- Mexanika layihələri üzrə iş həcmlərinin dəqiq hesablamalarını aparmaq, planlaşdırmasını həyata keçirmək.
- Layihənin icra mərhələsində işlərə yerində nəzarət etmək, keyfiyyətə və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
- Layihənin tamamlanma mərhələsində işlərin yoxlanılmasını və layihənin rəsmi şəkildə təhvil verilməsini təşkil etmək.
Tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük təşkil edir).
- Mexanika layihələrinin idarə edilməsi və yoxlanılmasında minimum 3-5 il iş təcrübəsi.
- Texniki sənədlərin hazırlanması və avadanlıq seçimi üzrə dərin biliklər.
- Layihə idarəetmə alətləri (MS Project və MS office, AutoCAD və ya oxşar proqramlar) ilə işləmə bacarığı.
- Azərbaycan, dilində səlis ünsiyyət bacarığı (rus və ingilis dili üstünlükdür).
Əlavə məlumat:
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 6 günlük iş qrafiki
- İş yeri Zığ qəsəbəsi
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mexanika mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.