EAS CATERING MMC

Baş aşpaz
EAS CATERING MMC” Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
- İş rejimi- -həftə içi 5 gün ,07:00 -16:00
- İşə qəbul: Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə.
- Əmək haqqı - 2000 AZN
- Nahar şirkət tərəfindən verilir.
- Çay fasiləsinə çıxılma olur.
- Uniforma şirkət tərəfindən verilir.
- Ünvan: Avropa Azərbaycan məktəbi (Elmlər) Həsən Məcidov Küçəsi 7C, Bakı 1065
Namizədə Tələblər
- Mətbəxdaxili qaydalara riayət etməli;
- Avadanlıqlarda iş qaydalarına riayət etmək və bütün iş günü ərzində lazımi təmizlikdə saxlamaq;
- Menyuya daxil olan əsas yeməklərin hazırlanması, texnoloji prosesə ciddi riayət etməklə və müəyyən edilmiş reseptlər üzrə bişirilməsi;
- Dietik yeməklərin, eləcə də çətin emal tələb edən yeməklərin və kulinariya məmulatlarının hazırlanması texnologiyasını bilməli;
- Müxtəlif qida məhsullarının xarakteristikasını və onların bioloji əhəmiyyətini, çay, yarımfabrikat məhsullarının saxlanılma və istifadə olunma müddətlərini; uşaqlar üçün məhsulların kulinar emalının aparılması xüsusiyyətlərini bilməli;
- İstifadə olunan mexaniki, istilik, çəki-ölçü, soyuducu və digər avadanlığın quruluşunu və iş prinsipini, onların istismar olunması və onlara xidmət qaydalarını; qida blokunun saxlanılmasının sanitar-qaydalarını; şəxsi gigiyena qaydalarını; yeməkdən zəhərlənmə hallarının qarşısının alınması tədbirlərini; uşaqlara xörəklərin paylanması qaydalarını bilməli;
- Kollektivdə işləmək bacarığı olmalı;
- Səliqəli və məsuliyyətli olmalı;
- Diqqətcil, məsuliyyətli olmalı;
Namizədlərdən “CV”-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində vəzifənin adını yazmaqla göndərmələri xahiş olunur.