Gemza Group

Şirkət haqqında:
Gemza Group established in last decade as engineering, procurement and construction company. Group is holding MRO procurement and services supply contracts with major Oil & Gas companies in Caspian &CIS Regions. Company investing human life and employing over 35 people so far. When You need engineering service, need logistics, looking for real estate You will see our name and brands. We are expert in delivering innovative solutions.
Əlaqə vasitələri:
Logistika üzrə koordinator
Vəzifə öhdəlikləri:
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
- Görülmüş işlə bağlı yaranmış problemləri anındaca həll etmək;
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması;
- Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması;
- Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
- Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması;
- Rəhbərliyin tələbinə əsasən aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlərin hazırlanmasını (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsini təşkil edir;
- Təchizatın loqistik məsələlərinin idarə edilməsi üzrə cavabdehlik daşıyır;
- Işini yerli və xarici idxal/ixrac qanunvericiliyini uyğun qurur;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir;
- Məhsulun, hec bir zərər görmədən razılaşdırılmış sayda boşaltma yerinə çatdırılmasını təşkil edir, ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;
- Avadanlığın və başqa vasitələrin düzgün istismarına nəzarət edir;
- Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlayır;
Namizədə tələblər:
- İş təcrübəsi 3-5 il;;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
- Azərbaycan Respublikası Gömrük və nəqliyyat qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
- Müasir Logistika İdarəetmə Sistemini bilmək;
- Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı.
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri səlis
Maraqlanan namizədlər mövzu yerində “Logistika üzrə koordinator” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.