Badamdar Hotel & Residences

Şirkət haqqında:
Located within 25 minutes' walk from Upland Park, Badamdar Estates offers 24-hour front desk, dry cleaning and concierge service.
Flame Towers is nearly a 25-minute walk of the 5-star hotel in Baku. Guests of the property can get to Philarmonic Garden, which is about a 25-minute stroll away.
Comprising a city view balcony the rooms at Badamdar Estates are equipped with a flat-screen TV with satellite channels. Some of the stylish units also come with mini-kitchen, microwave, a freezer and other utensils.
Corporate travelers will benefit from a conference space and meeting rooms available on venue.
Əlaqə vasitələri:
İdman zalı üzrə xidmətçi (təmizlik üzrə)
Əmək funksiyası:
- Standart əməliyyat prosedurlarına dair təlimata riayət etmək.
- Təmizliyi qoruyub saxlamaq və spa otaqlarında bütün avadanlıqlarla bağlı nöqsanlar barədə xəbər vermək.
- Hər zaman mərkəzin mükəmməl təmizlik və sanitariya tələblərinə cavab verməsini təmin etmək .
- Geyinmə-soyunma otaqlarının təmizliyini qoruyub saxlamaq.
- Lazım olduqda, dolabları yoxlamaq və təmizlənməsini təmin etmək.
- Geyinmə-soyunma otaqlarının əl-üz yuma və tualet yerlərində zəruri gigiyena ləvazimatlarını (sabun, tualet kağızı və s.) təmin etmək.
- Müəyyən edilmiş qrafikə əsasən camaşırxanaya yataq ağları, alt paltarlar və s. aparılması və gətirilməsini təmin etmək.
- Sauna, buxar kabinələrin təmizliyini etmək
- Müəyyən edilmiş təlimatlara müvafiq olaraq hər iş gününün sonunda otaqları əsaslı yoxlamaq və prosedurlar üçün hazır vəziyyətə gətirmək.
- Bütün spa ləvazimatları və gigiyena vasitələri üzrə anbar ehtiyatlarını təmin etmək.
Tələblər:
Təhsil:
- Orta və ya peşə təhsil;
Bilik və Bacarıqlar:
- Fiziki dözümlülük;
- Problemlərin həll olunması
- Vaxtın idarəolunması;
- Çeviklilik və çox şahəli işlərin görülməsi
- Kimyasal vasitələrin istifadə qaydalarını bilmək
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili –arzuolunandır;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:
- SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
- Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
- Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
Digər öhdəliklər:
- Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.