PASHA Insurance

Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
Texniki Product Owner
İşin xülasəsi:
- Texniki Product Owner komandalar ilə sıx işləyərək məhsulun texniki tələblərini müəyyən edir, prioritetləşdirir və onların keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir.
- Məhsulun texniki yönünü təmsil edir və biznes ilə texniki komanda arasında körpü rolunu oynayır.
Vəzifə öhdəlikləri:
- Texniki tələbləri hazırlamaq və dəqiqləşdirmək. Sistem arxitekturası, API-lər, inteqrasiyalar və performans məsələlərinə fokuslanmaq.
- Biznes tələblərini anlamaq və texniki komandalarla əməkdaşlıq edərək spesifikasiyaları aydınlaşdırmaq və əhatəli sənədlər hazırlamaq:
İstifadəçi hekayələri (user stories), texniki tapşırıqlar (technical tasks), və qəbul kriteriyalarını yazmaq. - Tapşırıqları prioritetləşdirmək və dəyişiklikləri idarə etmək.
- Scrum komandası ilə gündəlik işləmək. Sprint planlama, daily stand-up, review və retrospective görüşlərində aktiv iştirak etmək.
- KPI və texniki metrikləri izləmək (məsələn, sistem performansı, səhv nisbəti, deployment tezliyi). Riskləri əvvəlcədən görmək və idarə etmək.
- Biznes tərəflərlə texniki məsələlərdə müzakirələr aparmaq.Tələbləri aydınlaşdırmaq və texniki izahlar vermək.
- Məhsulun bütün həyat dövrünə rəhbərlik etmək – tələblərin toplanması və təhlilindən başlayaraq test, buraxılış və buraxılışdan sonrakı dəstəyə qədər.
- Agile metodologiyaları əsasında məhsulun həyat dövrünü idarə etmək, məhsul backlog-unun idarə olunması, xüsusiyyətlər, təkmilləşdirmələr və texniki borcun prioritetləşdirilməsi ilə məhsulun uğurlu və vaxtında təqdim edilməsini təmin etmək.
- Komanda və maraqlı tərəflər üçün məhsulun inkişafını istiqamətləndirəcək aydın məhsul strategiyası, yol xəritəsi və vizyon hazırlamaq və ünsiyyət qurmaq.
- Bazar araşdırmaları, analizlər və hesablamalar aparmaqla məhsulun inkişafı və təkmilləşdirilməsi üçün tələbləri sənədləşdirmək və müəyyənləşdirmək.
- Məhsula dair təqdimatlar və hesabatlar hazırlamaq və təqdim etmək.
Bilik və Bacarıqlar:
- Ali təhsil: Kompüter elmləri, İT və ya əlaqəli sahədə
- API-lər, mikroservis arxitekturası, məlumat bazaları və sistem inteqrasiyaları haqqında anlayış.
- Jira, Confluence kimi alətlərdən istifadə bacarığı.
- Agile prinsipləri üzrə bilik və təcrübə.
- Müvafiq sahə üzrə 3il təcrübə tələb olunur.
- Texniki sənədlərin hazırlanması bacarığı.
- Güclü analitik və problem həll etmə bacarığı.
- Ünsiyyət və təqdimat bacarığı.
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə biliklərin olması.
- Scrum Product Owner sertifikatı (CSPO, PSPO və s.) Arzuolunandır
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin