MY GROUP HOLDİNG MMC
Şirkət haqqında:
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər:
MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir. Şirkətin satış və xidmət sahəsində uzun illər təcrübəsi var. İstənilən mobil cihazların, eko-sistemlərin və məişət texnikasının həm pərakəndə, həm də topdan satışını həyata keçiririk. Şirkət Apple şirkətinin Azərbaycanda səlahiyyətli reselleri, Xiaomi şirkətinin səlahiyyətli reselleri, Vertu-nun eksklüziv distribyutorudur və məhsulları istehsalçıların zəmanəti ilə satır. Myshops Apple ilə yanaşı Samsung, Huawei, Nokia, Meizu və s. kimi brendlərin Azərbaycana ilk rəsmi idxalçılarından biridir. Bütün telefonlar ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikatlaşdırılıb və qeydiyyatdan keçib.
My Mİ - Aparıcı topdansatış distribyutoru olaraq, biz dünya üzrə pərakəndə satıcılara, bizneslərə və e- komers satıcılarına yüksək keyfiyyətli elektronika məhsullarının geniş çeşidini təqdim etməkdə ixtisaslaşırıq. Mükəmməlliyə sadiqliyimiz və yeniliklərə həvəsimizlə biz elektronikada ən son məhsullar üçün əsas mənbəyə çevrilmişik.
MyCars MMC - Premyer avtomobil dileri və idxal-ixrac şirkəti olaraq biz müştərilərimizə yüksək keyfiyyətli avtomobillər təklif edirik.
MyStudio MMC - sadəcə bir marketinq agentliyi deyil – biz sizin uğurunuzda tərəfdaşlarıq. Missiyamız innovativ dizaynın gücünü, verilənlərə əsaslanan marketinq strategiyalarını və ekspert SEO üsullarını birləşdirərək bütün ölçülü bizneslərə rəqəmsal mənzərədə kömək etməkdir.
MyParfumes MMC - ətir, odekolon və ətirlə bağlı məhsulların alqı-satqısı üzrə ixtisaslaşmışdır. Orijinal və arzuolunan ətirlərin davamlı tədarükünü təmin etmək üçün təchizatçılar, istehsalçılar və distribyutorlarla əlaqələr qurmuşuq.
Davamlı keyfiyyətə, etik dəyərlərə sadiqliyimiz və müştəri məmnuniyyətinin davamlı axtarışı bizi daim gözləntiləri aşmağa və keyfiyyətli xidmətin sərhəd tanımadığı bir dünya yaratmağa sövq edir.
Məqsədimiz şirkətin imici, yeni bazarların inkişafı və regionlarda layihələrin həyata keçirilməsi.
Korporativ (B2B) və topdansatış suallarınız üçün sales@myshops.az elektron poçtu ilə əlaqə saxlayın.
Telefon: *8989
Əlaqə vasitələri:
Qeydiyyatçı (My Service)
Vəzifənin məqsədi:
- Müştərilərin qarşılanması, qeydiyyatın aparılması, ilkin məlumatlandırma, sənədləşmə işlərinin təşkili və digər administrativ proseslərin icra olunması.
Əsas vəzifə və öhdəliklər:
- Müştərilərin gülərüz və nəzakətli şəkildə qarşılanması və yönləndirilməsi
- Müştəri məlumatlarının dəqiq şəkildə qeydiyyata alınması
- Qəbul olunan cihazların sistemə düzgün daxil edilməsi
- Gündəlik qəbul və təhvil-təslim aktlarının hazırlanması və arxivləşdirilməsi
- Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi
- Sənədlərin düzgün qaydada idarə olunması və müvafiq sistemlərə daxil edilməsi
- Müştəri suallarına ilkin cavab vermək və xidmətlər barədə məlumat vermək
- Müştəri məmnuniyyətinin təmin olunmasında aktiv iştirak
- Cihazların qəbulu və təhvili prosesində sənədləşmənin aparılması
- Anbar və ehtiyyat hissə hərəkətləri ilə bağlı ilkin sənədlərin toplanması (əgər zərurət olarsa)
- Mağaza daxilində səliqə-sahmanın qorunmasına nəzarət
- Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi
Tələb edilən bacarıqlar və təhsil:
- Natamam ali təhsil və ya orta ixtisas təhsili
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili bilikləri arzuolunandır)
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
- 1C proqramında işləmə - üstünlükdür.
- Stressə davamlılıq və operativ qərarvermə bacarığı
- Müştəri ilə ünsiyyət bacarıqları və gülərüzlük
- Məsuliyyətli və diqqətli olmaq
- Nizam-intizamlı və komanda ilə işləmə bacarığı
İş şəraiti:
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
- İş qrafiki: 6 günlük iş qrafiki (şənbə günü qısa iş günü). İstirahət günü: bazar günü.
- İş yeri: Nizami küçəsi 166b. My Service Center mağazası.
Uyğun namizədlər CV fomalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vakansiya adını qeyd edərək göndərə bilərlər.