Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Horeca üzrə satış təmsilçisi
Tələblər:
- Sahə üzrə iş təcrübəsi 2-3 il mütləqdir.
- Rus dili biliyi arzuolunandır.
- İdarəetmə bacarığı və müvəffəqiyyətli satış təcrübəsi;
- Yaş həddi 20-45 yaş arası;
Vəzifələri:
- Satış hədəflərinin yerinə yetirilməsi
- Müştərilərin tələbatını öyrənmək, xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək;
- Rut üzrə müştərilərin daimi ziyarəti;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
- Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi;
Digər məlumatlar:
- 6 günlük iş həftəsi.
- Əmək haqqı 700 + bonus.
- Korporativ nömrə
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.