OMİD Mağazalar şəbəkəsi

Şirkət haqqında:
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.
Əlaqə vasitələri:
Satış Təmsilçisi (Bakı, Gəncə, Quba, Göyçay, Sabirabad əraziləri üzrə)
Bakı, Gəncə, Quba, Göyçay, Sabirabad əraziləri üzrə Satış Təmsilçisi
Şirkətimizə qeyd edilən ərazilər üzrə Satış Təmsilçisi axtarışındayıq.
Əgər satış sahəsində təcrübəniz varsa və bu istiqamətdə karyeranızı inkişaf etdirmək istəyirsinizsə, müraciət etməyə tələsin!
Namizədə tələblər:
- Şəxsi avtomobilin olması (mütləqdir)
- “B” kateqoriyalı sürücülük vəsiqəsi
- Yaş həddi: 25–40 yaş
- Satış sahəsində minimum 2 il iş təcrübəsi
- Müştəri ehtiyaclarını düzgün analiz edib uyğun məhsulu təqdim etmək bacarığı
- Satış analizlərini aparmaq bacarığı
- Komandada işləmək bacarığı
- Yüksək ünsiyyət və inandırma qabiliyyəti
- İnkişafa açıq və öz üzərində çalışan
- Dəqiq, intizamlı və məsuliyyətli
Təklif etdiyimiz şərtlər:
- Sabit əmək haqqı: 800 AZN
- Bonus sistemi: aylıq 1500 AZN-ə qədər
- Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır
- İş saatları: 09:00 – 18:00-dək.
Şirkətimizin inkişafında fəal iştirak etmək və güclü komandamıza qoşulmaq istəyən namizədlər öz CV-lərini mövzu hissəsində müraciət etdikləri ərazi üzrə “Satış Təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqə - 055 500 97 38, 055-500-91-00 (WhatsApp aktivdir)