PASHA Insurance

Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
- Sığorta şirkətinin ehtiyacları üçün tələb olunan malların və xidmətlərin şirkətin Satınalma prosedur və qaydalarına uyğun olaraq alışının həyata keçirilməsi;
- Elektron platformada tender və kotirovka müsabiqələrinin keçirilməsi;
- Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması, təhlilinin aparılması və optimal təkliflərin rəhbərliyə təqdim olunması;
- Müqavilələrin hazırlanması, təsdiqlədilməsi və aidiyyatı strukturlara təqdim edilməsi;
- Sənədlərin operativ qeydiyyatının aparılması;
- Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət;
- Öz fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlaması və platformaya yükləməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli şəkildə icrası.
BİLİKLƏR VƏ BACARIQLAR (tələblər)
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilində işgüzar danışıq bacarığı;
- MS Office proqram təminatı paketi xüsusi ilə də MS Exceldə sərbəst işləmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Dəqiqlik;
- Təşəbbüskarlıq;
- Məsuliyyətlilik və hesabatlılıq;
- Analitik düşüncə qabiliyyəti;
- İTC mal və xidmətləri alışı üzrə təcrübənin olması arzuolunandır;
- 1C proqramında işləyə bilməsi arzuolunandır.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.