Veysəloğlu Şirkətlər Qrupu

Şirkət haqqında:
Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir. İllərdir ki, ölkə iqtisadiyyatına dəyər qatan Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Əsas missiyası cəmiyyəti təmiz, sağlam və keyfiyyətli, eyni zamanda münasib qiymətə gündəlik istehlak malları ilə təmin etməkdir. Şirkətlər Qrupu üzrə illik yeni iş yerlərinin sayı 2000-dən artıqdır.
Veysəloğlu Şirkətlər Qrupunun sahib olduğu resurslardan ən qiymətli olanı peşəkar və işinə bağlı insan resurslarıdır. Öz rəqabət üstünlüyünü əməkdaşlarının peşəkarlığında, inkişafa və innovasiyalara açıq şirkət mədəniyyətində görür. Bu baxımdan hər bir vəzifəyə kadr seçimi, vəzifədə yüksəliş, Qrup şirkətləri arası transferlər ciddi prosedurlarla tənzimlənir. Fərdi və işgüzar keyfiyyətlərinə güvənən, bilik və təcrübəsini real biznes mühitində və rəqabət atmosferində artırmaq istəyən, dəyər yaratmağı özünə hədəf qoyan hər kəs Veysəloğlu Şirkətlər Qrupunda karyera qura bilər.
Peşəkar inkişafa dəstək, təlim və sertifikasiya dəstəyi, əməkdaşlarının övladlarına təhsil təqaüdü, tibbi sığorta və tibbi dəstək, elastik iş rejimi, nahar və nəqliyyat (servis) təminatı, korporativ güzəştlər Şirkətlər Qrupunun imtiyazları, yüksək komanda ruhu, öyrənməyə və öyrətməyə əlverişli mühit, beynəlxalq təcrübəyə malik peşəkarlarla çalışma imkanı, karyera yüksəlişi, şirkətlərarası transfer imkanı, iş və həyat balansı, distant işləmə imkanı, rəqabətli əməkhaqqı isə əsas üstünlükləri sırasındadır.
1994-cü ildə yaradılmış Veysəloğlu Şirkətlər Qrupuna "Veysəloğlu" MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki daxildir. “Entree Azərbaycan” MMC və “Sirab” mineral sular zavodu isə həmtəsisçisi olduğu şirkətlərdir.
Əlaqə vasitələri:
Ərazi üzrə İnşaat Departament Müdiri
Vəzifə öhdəlikləri:
- İnşaat proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət;
- Layihələr üzrə proseslərdə lazımi düzəlişlərin edilməsi və optimallaşdırılması;
- İnşaat sahəsinin idarə edilməsi (layihələr üzrə ayrı-ayrılıqda);
- Tikinti-quraşdırma işlərinin Azərbaycan Dövlət Tikinti Normaları (AZDTN) və beynəlxalq standartlara uyğun təşkili və nəzarəti;
- Tender proseslərində podratçılarla texniki görüşlərdə iştirak;
- Subpodratçıların işlərinə birbaşa nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi;
- Tikinti-quraşdırma işlərindəki dəyişikliklər üzrə hesabatların hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
- Sifarişçi və subpodratçı şirkətlər arasında yerinə yetirilmiş işlərin həcminin yoxlanılması və təhvil-təslim aktlarının hazırlanmasında iştirak;
- Forma-2 sənədlərinin yoxlanılması və təsdiq edilməsinə cavabdehlik;
- Planlama mühəndisi ilə birlikdə iş qrafiklərinin hazırlanması və işlərin vaxtında icrasına nəzarət;
- İnşaat sahəsində subpodratçı şirkətlərlə həftəlik texniki iclasların təşkili və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Subpodratçı şirkətlərdən gündəlik və həftəlik iş gedişatı hesabatlarının alınması;
- İnşaat sahəsində təhlükəsizlik və keyfiyyət standartlarına riayətin təmin edilməsi.
Tələblər:
- İnşaat mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- 5+ il inşaat sahəsində rəhbər vəzifədə təcrübə;
- Layihə idarəetmə alətlərində (məsələn, Primavera P6, MS Project) işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı;
- Güclü liderlik, kommunikasiya və problem həll etmə bacarıqları.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftə içi)
- Nahar: Təmin edilir
- Rəqabətli əmək haqqı və mükafat sistemi.
- Peşəkar inkişaf imkanları və təlim proqramları.
- Müasir iş mühiti və layihələrdə iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Ərazi üzrə İnşaat Departament Müdiri” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.