ABV
Şirkət haqqında:
Əsası 1993-cü ildə qoyulan “Araznet" MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu tərəfdaş funksiyasını icra edirik.
Peşəkar komandamız məhsullarımıza aid istənilən layihədə uyğun həllərin hazırlanmasında sizə daim öz dəstəyini göstərir.
Mağazamızda nəzarət kameraları(IP, termal, analog), videoqeydiyyat cihazları, videoserverlər, girişə nəzarət sistemləri, rəqəmsal domofonlar, siqnalizasiya sistemləri, maneə və keçid sistemləri, yanğından mühafizə sistemləri, üst geyim və baqaj yoxlama sistemləri, səsli xəbərdarlıq sistemləri, müxtəlif tipli UPS-lər və akkumlyatorlar, proyektorlar, monitorlar, LED ekran və videodivarlar, modem, switch və kommutatorlar, falşpol, kabel və kabel daşıma sistemləri, rack kabinlər, IP telefonlar, oğurluq əleyhinə sistemlər, satışa nəzarət sistemləri, printerlər, yaddaş qurğuları, kompüter aksesuarları və peşəkar alətlər var.
Daim yenilənən anbarımızda bütün məhsulları qısa zaman ərzində əldə edə bilərsiniz.
Əlaqə vasitələri:
Kassir
Nərimanov ərazisində yerləşən mağazada Kassir vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatları həyata keçirtmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləmək, nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Mağaza müdirinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Kassir sahəsində 2 il iş təcrübəsi olmalı;
- Müştəriyönümlü satış bacarığı;
- Nəğd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
- Müştərilərlə işləmək bacarığı, müştəri yönümlü olmaq;
- Gülərüz və yüksək səviyyədə ünsiyyət bacarığı.
İş şəraiti:
- İş qrafiki: Əmək namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.
- 6 günlük iş rejimi. Şənbə qısa iş günü
CV-lərinizi Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.