BESTİNG MMC

Şirkət haqqında:
"BESTING” MMC 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir.
Çörək və qənnadı istehsalçılarının güvənli tərəfdaşı olmaqla onlara kreativ ideyalar vermək, dünyada bu sektorda yaranan yeni trendlər, yeni reseptlər və yeni konseptlərin hazırlanması şirkətin başlıca vəzifələrindən biridir.
Şirkətin professional işçi heyəti Azərbaycan və onun hüdudlarından kənarda olan şirniyyat ustaları və istehsalçılara yaxın mövqe tutmaqla yaranan bütün istehsal problemlərində onlara dəstək olmağa davam edir. 2018-ci ildən etibarən bazarı keyfiyyətli məhsulla təmin etmək vəzifəsini üzərinə götürən "BESTING” MMC şirkəti bu yola "Sağlam qida və fərqli dad!" devizi ilə çıxdı!
Əlaqə vasitələri:
Müfəttiş
Tələblər:
- Təcrübəsi üstünlükdür
- Yaş 25-35
- Təhsil – Ali (Hüquq və ya iqtisadı təhsil)
- Kompyuter bilikləri MS Exell,MS World MS Outlook 1 C
- İş təcrubəsi – müvafiq sahə üzrə ən azı 2 il
- Sürücülük vəsigəsi B kateqoriyası (namizədin şəxsi minik avtomobili olmalıdır)
- Nəzarət və yoxlama aparmaq qabiliyyəti.
- Analitik düşünmə və problem həll etmə bacarığı.
- Qanunvericilik bilikləri (aidiyyəti sahə üzrə).
- Hesabatların tərtib olunması və sənədlərlə işləmə bacarığı.
- Etik davranış, obyektivlik və məsuliyyətlilik
Şəxsi Keyfiyyətlər:
- Dəqiqlik və detallara diqqət.
- Yüksək məsuliyyət hissi.
- Müstəqil və komandada işləmək bacarığı.
- Ünsiyyət və inandırma qabiliyyəti.
- Daxili və xarici qaydalara, norma və standartlara uyğunluğun yoxlanılması.
- Maliyyə hesabatlarının, əməliyyatların və idarəetmə proseslərinin auditinin aparılması.
- Risklərin idarə edilməsi və qiymətləndirilməsi.
- Təklif olunan düzəlişlər və yaxşılaşdırmalar üzrə hesabatların hazırlanması.
Məlumat:
- 5 günlük iş qrafiki
- 09:00-dan- 18:00-dək
- Nahar fasiləsi- 13:00-dan-14:00-dək
- Əmək haqqı 1000-1200 azn
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.