Freedom Finance Azerbaijan
Şirkət haqqında:
Freedom Holding Corp. (FRHC) - ABŞ - ın Nevada ştatının qanunları əsasında təsis edilmiş publik şirkətdir. Holding Rusiyada, Qazaxıstanda,Ukraynada,Özbəkistanda,Qırğızısatnda,Almaniya və Şimali Kiprdəki törəmə şirkətləri vasitəsilə maliyyə xidmətləri, pərakəndə vasitəçilik əməliyytaları, investisiya sahəsində məsləhət, qiymətli kağızlarla ticarət, investisiya - bank və anderrayting xidmətləri göstərir. Holdingin səhmləri Nasdaq Capital Market birjasında, həmçinin Qazaxıstan birjasının (KASE) və Sank-Peterburg Bijasının (SBP Exchange) rəsmi siyahısındadır. Holdingin broker şirkətləri "Freedom Finance İ.Ş."MMC (Rusiya) və "Freedom Finance" SC (Qazaxıstan) Standart & Poor`s tərəfindən (qısamüddətli "B",uzunmüddətli "B-", proqnoz- "pozitiv") reytinginə sahibdirlər. Holding amerika birjalarında ticarət üzrə ixtisaslaşmışdır, hardakı müştərilər arasında İPO - lar populyarlıq təşkil edir.
Əlaqə vasitələri:
Şəxsi sürücü tələb olunur (BƏƏ, Əbu-Dabi)
Beynəlxalq şirkətə CEO və ailəsi üçün şəxsi sürücü axtarılır. Uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur.
İş yeri: Birləşmiş Ərəb Əmirlikləri, Əbu-Dabi.
Vəzifələr:
- Təhlükəsiz idarəetmə: Nümayəndə sinfinə aid avtomobillərin istənilən hava və yol şəraitində təhlükəsiz idarə olunması.
- Esnek iş qrafiki: 6/1 iş rejimi. Nə zaman lazım olsa, hazır olmaq.
- Məxfilik: Ailə ilə bağlı bütün məlumatlara qarşı maksimum konfidensiallıq və etibarlılıq.
- Avtomobilə qulluq: Texniki vəziyyətə nəzarət, avtomobilin daim təmiz saxlanılması, vaxtında texniki baxış və yanacaqla təminat.
- Loqistika: Marşrutların ailənin planına və yol hərəkəti şəraitinə uyğun şəkildə optimallaşdırılması.
- Əlavə tapşırıqlar: Baqaj, alış-veriş və digər gündəlik işlərdə kömək.
Tələblər:
- Ailədə şəxsi sürücü kimi ən az 10 il iş təcrübəsi (taksi təcrübəsi qəbul edilmir).
- 5 ulduzlu otellərdə və/və ya yüksək səviyyəli şəxslərlə iş təcrübəsi – üstünlükdür.
- Qüsursuz sürücülük tarixi – qəza və yol hərəkəti qaydalarının pozulması olmamalıdır.
- Diqqətlilik, stressə davamlılıq, səliqəli və baxımlı xarici görünüş.
- İngilis dili biliyi – minimum B2 (Upper-Intermediate) səviyyəsində (vacibdir).
- Rus dili məcburidir
Təklif olunur:
- Rəqabətədavamlı əmək haqqı + mükafatlar (müsahibədən sonra müəyyənləşdirilir).
- Rəsmi əmək müqaviləsi.
BƏƏ-yə relokasiya paketi, daxil olmaqla:
- Aviabilet,
- Mənzil tapmaq üçün əmlakçı dəstəyi,
- 2 həftəlik otel qalma xərcləri,
- Əmək vizasının və BƏƏ sürücülük vəsiqəsinin rəsmiləşdirilməsi,
- Tibbi sığorta.
- Avtomobil və yanacaq işəgötürən tərəfindən təmin olunur.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi +994 51 300 00 98