GPS Solutions

Şirkət haqqında:
2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.
“GPS Solutions” komandasının başlıca məqsədi istənilən müştərinin tələbatını maksimal həddə ödəyə biləcək nəqliyyat vasitələrinin yüksək keyfiyyətli monitorinq və nəzarət sisteminin yaradılmasıdır.
Biz bazarı öyrənərək, hər bir alt sistemi üçün ən mükəmməl həlləri götürüb birləşdirmişik və bu gün öz müştərilərimizə hazır, konkret məqsədlər üçün optimallaşdırılmış həllər təklif edirik.
Şirkət daim öz məhsullarını və həllərini təkmilləşdirir, istənilən biznes sahəsində istifadə üçün nəzərdə tutulmüş yeni təkliflər hazırlayır.
“GPS Solutions” şirkətinin işçiləri İT, GIS, M2M, GPS və naviqasiya sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssis və ekspertlərdir.
Şirkət İSO 9001-2008 uyğun olaraq sertifikatlaşdırılmışdır.
Əlaqə vasitələri:
Problemli kreditlər üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi;
- Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yüklənilməsi;
- Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması;
- Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi;
- Müştərilərin maliyyə vəziyyətini qiymətləndirərək uyğun həll yollarının tapılması;
- Təyin olunmuş portfelin idarə olunması;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 2 il iş təcrübə tələb olunur;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
- Bəy namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 1000-1400 AZN (ƏH və bonusla birlikdə)
- İş yeri: Bakı, Nərimanov rayonu
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlər üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır