NBCO KredAqro

Şirkət haqqında:
KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası,ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. Kredaqro, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.
Kredit əməliyyatların aparılması üçün KredAqro-ya Azərbaycanın Mərkəzi Bankı tərəfindən müddətsiz Xüsusi icazə (lisenziya) verilmişdir.
Əlaqə vasitələri:
Kollektor
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Borcalanlar və əlaqəli tərəflərlə telefon əlaqələri, öhdəliklərin ödənilməsi və ya yenidən qurulması məqsədilə danışıqlar aparmaq;
- Problemli kreditlərin idarə olunmasına aid ödənişləri təmin etmək üçün məhkəmə icraatını asanlaşdırmaq;
- Kredit portfelinin idarə edilməsi və intensiv monitorinq;
- Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Etibarlı sürücülük vəsiqəsi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Əmək haqqı 500 azn gross və bonus sistemi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor - Sumqayıt) qeyd etməklə göndərmələri xahiş olunur.