ODONTOS LTD

Şirkət haqqında:
2008-ci ildən etibarən fəaliyyətə başlayan Odontos şirkəti stomatoloji məhsulların satışı ilə məşğuldur. Yarandığı vaxtdan etibarən yüksək keyfiyyətli stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını həyata keçirir.
Peşəkar və təcrübəli kollektivimiz ən operativ şəkildə daima xidmətinizdədir. Biz bir ailəyik və bu ailənin hər bir üzvü dəyərli həkimlərimizə xidmət etməkdən qürur duyur. Stomatologiyanın bütün sahələrini əhatə edən Amerika, Avropa və Asiya istehsalı olan məhsul və avadanlıqları şirkətimizdən əldə edə bilərsiniz. Vurğulayaraq qeyd etmək istərdik ki, Odontos 55-dən çox xarici şirkətin Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz yalnız stomatolojı ticarətlə kifayətlənməyib, eyni zamanda həkimlərimiz üçün mütəmadi olaraq Azərbaycanda və dünyanın bir çox ölkələrində konfranslar, eləcə də kurs və təlimlər təşkil edir.
Əlaqə vasitələri:
Təqdimat üzrə nümayəndə
Namizədə tələblər:
- Reklam sahəsində minumum 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dilini bilməsi mütləqdir (rus dili biliyi üstünlükdür);
- Xoş və səliqəli zahiri görünüş;
- İşgüzar və hədəfyönlü;
- Kollektiv ilə işləmə bacarığı;
- Yüksək ünsiyyət bacarıqları;
- Məhsul təqdimatı və inandırmaq bacarığı;
- Aktivlik, məsuliyyət və nəticəyə yönümlülük;
İş barəsində məlumat:
- Stomatoloji klinikaların və tibb müəssisələrinin ziyarət edilməsi;
- Kursların və məhsulların təqdimatı;
- Reklam materiallarının paylanması;
- Potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Müştərilərdən rəy toplanması;
- Satış komandası ilə sıx əməkdaşlıq.
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Tibb sahəsində çalışmış əməkdaşlara üstünlük veriləcək;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
- İş saatları – 09:00 – 18:00;
- Əmək haqqı – 800-1000 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Təqdimat üzrə nümayəndə” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyi xahiş olunur.