Xırman

Şirkət haqqında:
"Xırman" şirkəti 1997-ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir.
Un, yağ, süd məhsulları və çörək məmulatları istehsal edən Xırman şirkəti 1997-ci ildən Azərbaycanın qida sektorunda fəaliyyət göstərir. Şirkətimizin istehsal sahələri olan Dəyirman, Çörək və Süd zavodlarında yüksək keyfiyyətli gündəlik qida məhsulları təbii xammallarla, beynəlxalq və yerli standartlar əsasında istehsal olunur. Məhsullarımız Azərbaycan ilə yanaşı Türkiyə, İran və Gürcüstan bazarına da ixrac olunur
Əlaqə vasitələri:
Qablaşdırıcı/yuyucu
İşin təsviri:
- Buz istehsal xəttində məhsulun hazırlanması
- Qabların doldurulması, qablaşdırılması və yığılması
- İstehsalat sahəsinin təmizliyinə və qaydasına nəzarət
- Sanitar-gigiyenik qaydalara əməl olunması
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrası
- Süd məhsullarının istehsalı prosesində istifadə olunan qabların (vedrə, konteyner və s.) sanitar normalara uyğun olaraq yuyulması və dezinfeksiya olunması;
Namizədə tələblər:
- Yaş həddi: 30-55;
- Cins: Qadın;
- İş təcrübəsi: 1 il və yaxud daha çox;
- Sanitar-gigiyenik qaydalara riayət etmək bacarığı;
- Fiziki dözümlülük və məsuliyyətli yanaşma;
- Səliqəli və diqqətli olmaq.
Digər Məlumatlar:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 400-450 AZN
- Nahar şirkət tərəfindən verilir.
- Ünvan; Binəqədi yolu 100 (Biləcəri, Binəqədi və yaxın ərazidə yaşayanlar müraciət etsin)
Müraciət qaydası:CV-lərinizi “Buz istehsalı sahəsinə qablaşdırıcı xanım”vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi +994 55 293 13 39