Biopet.shop

Şirkət haqqında:
Biopet.shop Azərbaycanda ev heyvanları üçün ən böyük internet-portaldır.
Layihəmiz Azərbaycanda ev heyvanlarını sevənlər üçün yalnız onlayn alış-veriş etmək və maraqlandığınız mövzular haqqında vacib məlumatlar əldə etmək üçün deyil, habelə xoş vaxt keçirmə, gələcəkdə isə ünsiyyət qurma və interaktivlik üçün etibarlı bir mənbə yaratmaq istəyinə əsaslanır.
Əlaqə vasitələri:
Təchizat və stoka nəzarət üzrə kiçik mütəxəssis
Namizədlərə tələblərimiz:
- Yaş – 23 – 35
- Təhsil – Ali
- İş təcrübəsi – 3- 6 ay iş təcrübəsi
Vəzifələr:
- Mağaza şəbəkələrinin hər bir filialın stok vəziyyətini izləmək və ehtiyaclarını müəyyənləşdirmək.
- Mağaza şəbəkələrinin filialları arasında məhsul tələblərinə əsasən sifarişləri düzgün paylaşdırmaq.
- Stok hərəkətlərini izləmək və filiallara uyğun olaraq sifarişlər hazırlamaq.
- Filialların satış göstəricilərini təhlil edərək, gələcək sifarişlər üçün proqnozlar hazırlamaq.
- Məhsulların vaxtında çatdırılmasını və təchizatını təmin etmək.
- Filiallardan gələn sifarişləri və ehtiyacları nəzərə alaraq operativ qaydada əsas anbardan və ya filiallar arası mal çatdırılması üçün zəruri hərəkətləri etmək, məhsul balansını qorumaq.
- Təchizat və stoka nəzarət məsələlərini idarə etmək və rəhbərliyə hesabat vermək.
- Şirkətin bütün anbarları üzrə inventarizasiyalarda iştirak etmək.
- Təchizat və stoka nəzarətlə əlaqədar olaraq rəhbərliyin verdiyi digər tapşırıqları dəqiq və vaxtında icra etmək.
Tələblər:
- Bəy namizəd
- Kompüter proqramlarına (xüsusilə MS Office və 1C sistemlərinə) bələd olmaq.
- Yüksək təşkilatçılıq qabiliyyəti və detallara diqqət.
- Komanda işi və ünsiyyət bacarıqları.
- İşə ciddi və məsuliyyətli yanaşma.
Maraqlanan namizədlərin öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “Təchizat və stoka nəzarət üzrə kiçik mütəxəssis” yazılması vacibdir və ya +994 10 232 92 67 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiz.