Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
A kateqoriya üzrə satış rəhbəri
Vəzifə öhdəlikləri:
- Şirkət məhsullarının satışının təşkili ;
- 45-50 nəfərdən ibarət satış heyətinin idarə edilməsi.
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Satış planının hazırlanması və planın əsasında işin aparılması
- Satış həcminin artırılması və müştərilərin cəlb ediməsi üçün müxtəlif tədbirlər, kampaniyalar təklif edir.
- Mövcud və yeni müştərilər ilə mütəmadi düzgün əlaqələrin saxlanılması.
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi : Ali təhsil
- Kompüter bilikləri: MS Excel, MS Word, 1C proqramında işləmək bacarığı
- A TİPLİ ŞƏBƏKƏ MARKETLƏRLƏ MİNİMUM 2 İL İŞ TƏCRÜBƏSİ.
- Rus dili biliyi arzuolunandır.
- Komandada işləmək bacarığı
- Dəqiqlik
- Yüksək ünsiyyət
- Yaradıcıllıq qabiliyyəti
İş qrafiki:
- 6 günlük iş rejimi
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Bazar günü
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: FİX əmək haqqı və satışdan əldə edilən bonuslar.
Uyğun namizədlər öz cvlərini “ A kateqoriya üzrə satış rəhbəri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.