Saffron Group

Şirkət haqqında:
Hazırda 27-dən çox brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, Pan-Asiya, Avropa, Meksika, Ərəb və Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, “BigChefs” və “Pidem” kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir.
Məqsədimiz yerli və dünya mətbəxinin ən ləziz nümunələrini qonaqlarımıza ən gözəl şəkildə təqdim etmək, eyni zamanda sevdiklərinin çevrəsində xoş zaman keçirmələrini təmin etməkdir. Daim yeniliklərə və inkişafa açıq olan personalımız mütəmadi olaraq yeni layihələr üzərində çalışır. Bunun nəticəsidir ki, ildən-ilə yeni brendlərimiz və konseptlərimizlə müştərilərə xidmət sahəmizi genişləndirmişik. Lakin bununla da yetinmir, müştəri ehtiyaclarına və bazar tələblərinə uyğun yeniliklər və inkişaf üzərində çalışırıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Nuş olsun!
Əlaqə vasitələri:
Guest Service (Amburan Beach Club)
Vəzifə öhdəlikləri:
- Qonaqları gülərüz və nəzakətlə qarşılamaq və yola salmaq;
- Rezervasiyaların idarə olunması və qonaqların istirahət kompleksi ərazisində yönləndirilməsi və yerləşdirilməsi;
- Qonaqlara menyu və restoran haqqında məlumat vermək;
- Şikayət və təklifləri dinləyərək lazımi şəxslərə yönləndirmək;
- Komanda ilə sıx əməkdaşlıq etmək və yüksək xidmət standartlarını qorumaq
Əsas tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- Yaxşı ünsiyyət bacarığı və pozitiv yanaşma;
- Azərbaycan dili, rus dili və ingilis dilini sərbəst bilmək;
- Komanda ilə işləmə bacarığı və stresə davamlılıq.
İş yeri: Amburan Beach Club (Bilgah)
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər. Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.