Core Construction

Şirkət haqqında:
"Core Construction" MMC yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli tikinti, təmir, dizayn işləri həyata keçirib. İlk öncə işlərin keyfiyyət dəyəri rəhbər tutulduğuna görə, şirkətimizin davamlı uğurları bizi tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır.
Azərbaycan Respublikasının qanunlarını və beynəlxalq normaları nəzərə alaraq istehlakçı tələblərinin ödənilməsi öhdəliyini yüksək kefiyyətlə yerinə yetirilir. Həmçinin şirkətimiz ətraf mühitin qorunması, sağlamlıq və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də şirkətin davamlı inkişafına yönəldilmiş proqramların hazırlanmasını həyata keçirir.
Əlaqə vasitələri:
PA - Personal Assistant
Öhdəliklər:
- Telefonların və daxil olan e-mail cavablandırılması
- Hesabatın hazırlanması və yazışmaların həyata keçirilməsi;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi, digər icraçılara çatdırılması, icrasının təmin edilməsi, mütəmadi olaraq icrada olan işlərin vəziyyəti barədə rəhbərliyin məlumatlandırılması;
- Şirkətin rəsmi ünvanına yönləndirilmiş məktubların cavablandırılması
- Menecment iclaslarının protokollarını tərtib edilməsi və hesabatının aparılması
- Şirkətə gələn qonaqların qarşılanması və aidiyyatı işçilərlə görüşməsinin təşkil edilməsi
Namizədə tələblər:
- Ali təhsil
- Ofis orqtexnikası ilə işləmə bacarığı və yüksək səviyyədə kompyuter bilikləri mütləqdir (microsoft office və s.)
- İntizamlı, ünsiyyətcil, məqsədyönlü, stressli şəraitə uyğun, səliqəli xanımlar
- İşgüzar Səfərlərə gedə bilməli
- Komandada işləmə bacarığı
İş barədə məlumat:
- İş vaxtı: 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək
- İş Yeri: Elite Park
- Əmək haqqı işçinin təcrübəsinə əsasən danışıq əsnasında müəyyən olunacaqdır .
CV-lərinizi “PA - Personal Assistant” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.