Aqrar Tədarük və Təchizat

Şirkət haqqında:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması; tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. Həmçinin ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi və alternativ satış istiqamətləri üzrə "Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən Kənddən Şəhərə yarmarkaları, Şəhərdən Kəndə, AFAQ layihələrini həyata keçirir. Bu layihələrin əsas hədəfi beynəlxalq təcrübədən istifadə etməklə yerli bazar üçün real həllər yaratmaqdır.
Əlaqə vasitələri:
Monitorinq və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin elektron portalında məlumat yerləşdirilən istehsalçıların, eləcədə satıcıların fəaliyyətinin növbəti monitorinqini (elektron kənd təsərrüfatı) informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə həyata keçirmək;
- Cəmiyyət tərəfindən istehsalçı və satıcıların təqdim etdikləri məlumatların düzgünlüyünü, sənədlərinin həqiqiliyinin, müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrinin pozulması halları üzrə satınalan təşkilatların şikayətləri əsasında növbədənkənar monitorinqləri icra etmək;
- Sanitar-gigiyenik tədbirlərin aparılması üçün bağlanmış müqavilələrin icra vəziyyətinə nəzarət etmək, yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, ərzaq məhsullarının daşınmasına və saxlanılmasına dair normativ sənədlərin (standartların, qaydaların, təlimatların) tətbiqinə nəzarət etmək;
- Ərzaq məhsullarının keyfiyyətinə nəzarətlə bağlı müvafiq dövlət nəzarət orqanları ilə (sanitar-gigiyenik, baytarlıq, fitosanitar, laboratoriyalar və s.) qarşılıqlı münasibətləri həyata keçirmək;
- Ərzaq məhsullarının keyfiyyəti ilə bağlı şikayətləri qeydə almaq, səbəblərini öyrənmək, aradan qaldırılması üzrə araşdırma aparmaq, tədbirləri həyata keçirmək və icrasına nəzarət etmək;
- Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblər, həmçinin bu sahədə digər beynəlxalq standartların tələbləri haqqında məlumatlı olmaq;
- Beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun idarəetmə sisteminin müvafiq sənədlərinin (proseslərin axış sxemlərinin, məlumat kartlarının, qaydaların, müxtəlif təyinatlı təlimatların və sxemlərin, blankların, formaların, jurnalların və s.) layihələrinin hazırlanmasını təşkil etmək;
- Aidiyyəti struktur bölmələrin iştirakı ilə müxtəlif fəaliyyət sahələri üzrə potensial riskləri aşkarlamaq, dəyərləndirilməsi və səbəblərinin aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin keyfiyyət idarəetmə sisteminin səmərəliliyinin müəyyən edilməsi məqsədi ilə zəruri məlumatları toplamaq və emal etmək, potensial problemləri təhlil etmək, yaxşılaşdırma imkanlarını aşkara çıxarmaq üçün müvafiq hesabatlar hazırlamaq;
- Monitorinq və nəzarət tədbirləri nəticəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılmasını təşkil etmək;
- İdarəetmə sistemlərinin sertifikasiyası və ondan irəli gələn nəzarət auditləri nəticəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması işlərinə nəzarət etmək;
- Cəmiyyətin bağladığı alqı-satqı müqavilələrində və təşkil etdiyi tədbirlərdə (yarmarkalar və s.) qiymət siyasətinin aydınlaşdırılması üçün bazar araşdırmasını aparmaq;
- Fəaliyyət nəticələrini sənədləşdirmək, rəhbərlik üçün vaxtaşırı hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil: Audit, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə;
- Sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır;
- MS office, Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı
- 1C 8.2 və 8.3 proqram təminatında işləmək bacarığı;
- Audit, daxili nəzarət və keyfiyyətə nəzarət üzrə təcrübəsinin olması;
- Excel-də yüksək səviyyəli işləmək bacarığı;
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
Fərdi keyfiyyət tələbləri:
- Komandada işləmək bacarığı;
- Təqdimat və ünsiyyət bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Sürətli öyrənmə qabiliyyəti;
- Ezamiyyətlərə getmək imkanı.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.